Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Şəhid Polkovnik-leytenant Həmdəm Ağayevin həyat yoldaşı Ramilə xanım - "Ona ölüm yaraşmırdı"

Baxılıb: 370     Tarix: 11-11-2021 08:33   
Şəhid Polkovnik-leytenant Həmdəm Ağayevin həyat yoldaşı Ramilə xanım - "Ona ölüm yaraşmırdı"


Həmdəm hərbi işi çox sevirdi və ona çox bağlı idi. O, elə bil ki, bu dünyaya məhz hərbçi, döyüşçü, Vətən əsgəri olmaq üçün gəlmişdi. Hərbi formanı çox qürurla geyinirdi. Hər dəfə əyilib botinkalarının ipini açıb-bağlayanda rahat soyunub-geyinmək üçün ona zəncirbənd saldırmağı məsləhət görəndə razı olmurdu. Deyirdi, botinkanın iplərini açıb-bağlayanda hərbçi olduğumu bir daha hiss edirəm...

Sumqayitfakt.Az bildirir ki, bunu polkovnik-leytenant Həmdəm Ağayevin həyat yoldaşı Ramilə xanım xatırlayır.

Hamının yaddaşında, heç vaxt soyumayacaq xatirələrində cəsur, qorxmaz, heç nədən çəkinməyən hünərli bir oğul kimi qalıb. Elə anası Rozanın dedikləri də da bunu təsdiqləyir: "O, qətiyyətli, öz dediyindən dönməyən oğul idi. Torpağını, doğma yurdunu, el-obasını çox sevirdi. Vətəni isə bizdən də çox sevirdi".

Qeyd edək ki, Həmdəm Ağayev 1975-ci ildə Ağdam rayonunun Sırxavənd kəndində doğulub. O, əlinə ilk dəfə silah götürəndə hələ 18 yaşı tamam olmamışdı. Ailəsindən xəbərsiz könüllü olaraq özünümüdafiə batalyonuna üzv yazılıb. Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Lakin onun ata-baba yurdu Sırxavənd işğal edilir. O vaxtdan peşəkar hərbçi olmağa qərar verir.

1994-cü ilin mayında müharibədə atəşkəs elan olunandan sonra C.Naxçıvanski adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub, ali hərbi təhsilini başa vurandan sonra zabit kimi Naxçıvanda yerləşən hərbi hissəsində xidmətə başlayıb. 2010-cu ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

2010-2017-ci illərdə Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin komandir müavini - qərargah rəisi vəzifəsində xidmət edib. 2018-ci ildən 4-cü Ordu Korpusunun qərargah rəisi olub.

Ötən il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı tabeliyində olan əsgərlərlə birlikdə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib .

Özündən böyük qardaşı polkovnik-leytenant Mübariz Ağayev deyir: "Onunla axırıncı dəfə oktyabrın 5-də telefonla danışdım. Səsi bir qədər zəif gəlirdi, dedi bir az xəstələnmişəm, ona görə astadan danışıram. Sən demə, iki ayağından yaralı imiş. O, sonuncu ağır döyüş əməliyyatından sonra əmr edərək yanında olan sonuncu əsgəri də uzaqlaşdırıb. Gecə saat 2-də isə düşmən səngərinə doğru gedib. Gecə boyu təkbaşına vuruşan Həmdəm düşmənin çoxlu canlı qüvvəsini məhv edib. Sübh çağı düşmən tərəfin snayper atəşinə məruz qalaraq yaralansa da, geri çəkilmir. Bir müddət yaralı halda döyüşəndən sonra sursatı tükənib. Çoxlu qan itirən hərbçi oktyabrın 9-da şəhid olub".

Həyat yoldaşı deyir: "Ona ölüm yaraşmırdı. Mən onu başqa heç bir ölümə yaxa verən, təslim olan təsəvvür eləmirəm. Ona ancaq şəhidlik yaraşırdı...".

Qızı Aysu atasının sonuncu dəfə kofe içdiyi stəkan nəlbəkini ondan qalan ən əziz xatirə kimi saxlayır. Oğlu Ziya isə deyir: "Hər dəfə qapımız döyüləndə onun gəlişini gözləyirik. Hətta qohumlardan eləsi olur ki, qapını atam kimi döyür. Onda özümdən asılı olmayaraq tez qapıya yüyürür və baxıram ki, gələn o deyil...

Tez-tez atamı yuxuda görürəm. Çox istəyirəm ki, gerçəkdən də onu görə bilim və qapını döyüb içəri girənlərdən biri atam olsun...".

Polkovnik-leytenant Həmdəm Ağayev ölümündən sonra "Azərbaycan bayrağı" ordeni , "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. II Şəhidlər Xiyabanında dəfn olunub.

Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər