Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Elvin Firudinoğlu- Şairlikdən şəhadətə...

Baxılıb: 488     Tarix: 09-11-2021 17:50   
Elvin Firudinoğlu- Şairlikdən şəhadətə...


Şair-publisist Elvin Firudinoğlu yazır...

Sumqayitfakt.Az yazını təqdim edir...

Şəhid Şair Xəyyam Hüseynin xatirəsinə...

Bəşəriyyətin bütün dönəmlərində dünyada seçilmiş insanlar yaşayıb.Ulu Tanrı həm bizim üçün yaşamımızda seçim imkanı qoyub həm də,özünün seçdiyi insanları yaradıb.Dünyada bir neçə cür seçilmiş insanlar var.Onlardan ikisi fərqli və mənalı seçimdədirlər.Onların seçilmişliyi həm sınaqdır,həm qəmdir,həm ucalıqdır. Sətirləri düzdükcə qulağımda səslənən misralar mənə pıçıldayır ki:

Ürəyimi görməmişəm nəbilim
Bəlkə elə damar yeri ağrıyır...
(Xəyyam Hüseyn)



Bəli,düşündürücüdür... Demək ki,bu Tanrının seçdiyi o bəndələrin xəyalından keçəndir.Şairlərdən biri deyir ki: Dünyanı duyan adamların ürəyi ağrıyar.Bu misralar da duyğulu adamın ağrısından xəbər verir.Tanrı şairləri özü seçir... Əgər Tanrı bəndəsini ucaltmaq istəyirsə onu sınaq edir.Dərd göndərir,dözüm verir...Bəndə bütün sınaqları ilə yaşamına şəhadət verir... Bəli şəhadətin iki səhifəsi var.Bu dünya üçün,o dünya üçün.Sətirlərin bu fonunda ürəyimi riqqətə gətirərək yazdıran da,bu iki şəhadətə sahib olanın imzasıdır...
Xəyyam Hüseyn... Bəli,Xəyyam bu dünyası üçün şairlik edirdi, o dünyası üçün isə yerin göyün Sahibi onu şəhid kimi seçdi.Bəşəriyyətdə az adama bu zirvə nəsib olur.Həm şair,həm şəhid.Adlar da həmahəngdir.Məlum olur ki,"Qanun"-a uyğun olmayan heç nə yox imiş dünyada.Xəyyam bütün qəlbi,bütün varlığı,bütün fəlsəfəsi ilə yaşam fövqündə idi.Qəribədir deyə bilərsiniz...Deyərsiniz şəhid və yaşam? Hə,şəhid yaşamın əbədi yerindədir.Ulu Tanrı Xəyyamı da o zirvəyə seçdi.Onu adiləşdirmədi,onu əbədiyyətində yerbəyer etdi.Xəyyam Hüseyn gəncliyinin içində acılara sinə gərə bilirdi... O barışmaz idi,o cəsarət şüarı idi... Öncələr sanki öz şəhidliyi üçün yazırdı:



Əgər yumuruqsa qanı qan ilə
Arxamca bir rəhmət etməyin də heç.
Mən ki,öz borcumu özüm vermişəm
Ağlayıb göz yaşı,tökməyin də heç...
(Xəyyam Hüseyn)

Vətənin ağır günündə iç dünyamızı coşduran bu misralardır,budur bizə ruh verən Xəyyam.
Sənin məqamını düşündükcə ibrət almamaq olmur.Biz insanlar ölümü kədər sanırıq.Cismani yoxluğa üzülürük,qəmlənirik.Çətin də olsa,qədəri kədər kimi yaşayırıq... Dünyamızın böyük qanun kitabında işarə vurulur ki,ömür ilğım kimidir,keçidir.Hamımızın həyatı zaman başında qısa xəyal kimi göz önündən keçə bilir.Bu keçici ömrü mənalandırmaq çox çətindir.Sənin yüksəldiyin ad isə mənanın böyüyüdür...
Əlbəttə,duyanlar üçün bizdən qabaqlar da demişdilər:



" Ölüm elə qəm deyil
Bu həyatı duyana".

Sən də şair idin,sözsüz ki,sən yaxşı bilirdin həyatın nədən formalaşdığını.Çətin də olsa deməliyəm ki,ölüm bitmək deyil.Ölüm keçiddir.Biz bu dünyanın adamları keçiddə sorğu-sual olunacağıq.Sən isə bizə baxıb gülümsəyəcəksən.Bizi dünyada özümüzdən olanlar,mələklər mühafizə edir.Sən şəhid isə Tanrının himayəsindəsən Xəyyam.Bir gün bizim yolumuz ora düşəndə işığından bizim də yolumuza tuşla...



Ruhunun önündə böyük ehtiramla...
Allah rəhmət eləsin! Ruhu şad olsun!
Vətən sağ olsun!


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər