Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Neftçalada Zəfər yürüşü keçirilib

Baxılıb: 375     Tarix: 08-11-2021 16:04   
Neftçalada Zəfər yürüşü keçirilib


Vətən müharibəsindəki qələbəmizin bir ilinin tamam olması ilə əlaqədar Neftçala rayonunda Zəfər yürüşü keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, öncə Heydər Əliyev mərkəzinin qarşısında ucaldılmış ümummilli liderin abidəsi ziyarət olunub, önünə tər qərənfillər düzülüb.

Sonra minlərlə neftçalalının qatıldığı yürüş Heydər Əliyev prospektindən start götürüb. Yürüş iştirakçıları əllərində üçrəngli bayraqla irəliləyərək bir kilometrə yaxın məsafəni qət edib. Qarabağ savaşlarında torpaqlarımız uğurunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. 213 şəhidin barelyefi vurulan abidənin önünə əklil və gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Sonra mədəniyyət evinin qarşısında zəfər bayramı təşkil olunub.

Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zəfər yürüşü incəsənət ustalarının rəngarəng konsert proqramı ilə davam edib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər