Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Mətanət Ulu Şirvanlı "Şəhidlik Zirvəsi" adlı kitabını təqdim etdi

Baxılıb: 4236     Tarix: 06-11-2021 10:20   
Mətanət Ulu Şirvanlı "Şəhidlik Zirvəsi" adlı kitabını təqdim etdi


Abşeron rayon Mərkəzi Kitabxanasında qəlbini el-obaya, Vətənə, torpağa kökləyib, illərlə o hava ilə nəfəs alıb, o ağrı-acını ruhuna hopduran yazıçı, şair-publisist Mətanət Ulu Şirvanlının "ŞƏHİDLİK ZİRVƏSİ" adlı kitabının təqdimatı təşkil olundu.

Sumqayitfakt.Az xəbər verir ki, tədbiri giriş sözü ilə MKS-in direktoru, şair Məlahət Abdullayeva (Məlahət Yusifqızı) açdı, 44 günlük müharibənin qürurundan, döyüş yolu keçən oğulların igidliyindən, yazıçı, şair-publisist Mətanət Ulu Şirvanlının yaradıcılığından, hadisə və mühitin onun yaradıcılığında ustalıqla əks olunmasından danışdı və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.



Tədbirdə şairin qələm dostları, müxtəlif sənət və peşə sahibləri, şəhid ailələri, o cümlədən çox sayda ədəbiyyatsevər qonaqlar iştirak edib. Çıxış edənlər şəhidlərimizi dərin hüznlə anaraq, onlara rəhmət dilədilər və M.U.Şirvanlını təbrik edib, şairin həyat və yaradıcılığı barədə danışdılar.



“Qafqaz mediya” ictimai birliyinin sədr müavini Mirdamət Əzizov “Xarı bülbül” medalı və fəxri fərmanı M. U. Şirvanlıya təqdim etdi.



Son olaraq müəllifə söz verildi. O kitabların araya gəlməsindəki xidmətlərindən, şəhidlərin göstərdiyi sücaət və keçdiyi döyüş yolundan danışdı və Kitabxananın fonduna kitablar hədiyyə etdi. “Salam Azərbaycan əsgəri “ adı sərgi nümayiş olundu.



Mətanət Ulu Şirvanlı Şamaxı şəhərində doğulub. Azərbaycan Yazıçılar Birliyinin və Turkiyə Yazarlar Məslək Birliyinin üzvü, Şirvan bölgəsinin koordinatoru, "Qızıl Qələm" Media Mükafatı laureatıdır.

"Azəri yurdunun övladları", "And iç, əsgər", "Gəlmişdim deyim ki", Sarı çiçək", "Gecə gözəl, sən gözəl", "Bir gecənin nağılı", "Ağ ayaqqabı", "Merinin nağıllar dünyası", "Sevgi çələngi" "İt kəlləsi", "Salam, Qoca", "Qobustan Şəhidləri" nəsr və şeir kitablarının və uşaq nağıllar toplusunun müəllifidir. Televeziya və radio verlişlərində tez-tez çıxış edərək ədəbi müzakirələrə qoşulur. "Şirvan Şifahi xalq ədəbiyyatı"nin tədqiqatçısıdır.

Qeyd edək ki, "ŞƏHİDLİK ZİRVƏSİ" 2 hissədən ibarətdir. Qarabağın azad olunması uğrunda öz canlarını qurban verən Şəhidlərimizin əziz xatirəsinə həsr edilib.



Vətən bizim doğulub böyüdüyümüz doğma yurd-yuvadır. Bizim vətənimiz Azərbaycandır! Hər birimiz onu daim sevməli və qorumalıyıq. Vətən həm də bizim anamızdır. Vətənpərvərlik hissi körpələrimizə ana laylasından başlayır. Həmin körpələrimiz böyüdükcə ürəyi Vətən sevgisi dolu olan mərd, igid əsgərlərə çevrilirlər. Vətəninə göz dikən düşmənlərə qarşı savaşır, torpağına göz dikənləri cəzalandırır, torpağının intiqamını alır. Vətənimizin azadlığı, firavanlığı uğurunda neçə-neçə oğullarımız öz canlarından keçiblər.

Torpaqlarımız 30 ildir ki, işğal altında idi. Azərbaycan ordusu sentyabrın 27-dən noyabrın 10-dək Qarabağda apardığı uğurlu əks-hücum əməliyyatları sayəsində böyük Zəfər qazandı.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 3000 nəfər əsgərimiz qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəldi. Biz 30 il boyunca “Qan yaddaşımız”ı unutmadığımız kimi, bundan sonra da “Zəfər yaddaşımız”ı unutmamalı, unutdurmamalıyıq.

Allah bütün şəhidlərimizə rəhmət etsin!
Ruhları şad olsun! Vətən sağ olsun!


Vüsal Ağa
Sumqayitfakt.Az
















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər