Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Şəhidlərimizin il dönümündə ailələri və məzarları ziyarət olunub

Baxılıb: 363     Tarix: 26-10-2021 09:00   
Şəhidlərimizin il dönümündə ailələri və məzarları ziyarət olunub


Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan Alik Şakir oğlu İsayevin il mərasimində iştirak ediblər. Şəhidin məzarı ziyarət olunaraq, onun ruhuna dualar oxunub, məzarı üzərinə qərənfillər düzülüb.

Əslən Gürcüstan Respublikasının Dmanisi rayonundan olan Alik İsayev Alik də 2001-ci il fevralın 23-də Xızıda dünyaya göz açıb. O, 2007-ci ildə Xızı rayon Xələnc kənd orta məktəbində təhsilə başlayıb. 2010-cu ildən R.İsmayılov adına Xızı şəhər tam orta məktəbində təhsilini davam etdirib, 2018-ci ildə həmin məktəbi bitirib.

A. İsayev məktəbi bitirdikdən sonra 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Elə ilk gündən əsgər yoldaşlarının rəğbətini qazanmış, iradəsi, cəsarəti və xarici görünüşünə görə "Canavar” ləqəbi ilə tanınıb. Alikin uşaqlıqdan arzusu Xüsusi Təyinatlı Qüvvələri sıralarında xidmət göstərmək olub. Yaşının az olmasına baxmayaraq Alik həqiqi hərbi xidmətinin son aylarında olarkən böyük qətiyyətlə Xüsusi Təyinatlı Qüvvələrin sıralarına kəşfiyyatçı kimi qoşularaq, Vətən müharibəsində qəhrəmancasına döyüşüb. Şəhidimiz Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Şuşa uğrunda döyüşlərdə igidlik göstərib, ermənilərin çoxlu sayda canlı qüvvə və texnikasını məhv edib. Alik Şakir oğlu 20 oktyabr 2020-ci ildə Vətən müharibəsində Şuşa şəhəri yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən torpaqlarımızın işğaldan azad olunmasında döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyi, mərdliyi və cəsarətinə görə Alik ölümündən sonra "Vətən uğrunda”, "Cəsur döyüşçü”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” və "Şücaət” medalları ilə təltif olunub.

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər