Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Bu ərazilər də Azərbaycana qaytarıla bilər - Rusiya artıq həllini istəyir?

Baxılıb: 363     Tarix: 26-10-2021 08:23   
Bu ərazilər də Azərbaycana qaytarıla bilər - Rusiya artıq həllini istəyir?


"Ötən həftə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Cənubi Qafqazda baş verən proseslərə, həm də prioritetlərə əsasən fikir bildirdi və Ermənistan ilə Azərbaycan arasında hazırda cərəyan edən prosesləri diqqətdə saxladığını bir daha göstərdi".

Sumqayitfakt.Az xəbər verir ki, bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Siyasi şərhçi bildirib ki, delimitasiya işləri başlanılsa Azərbaycana daha böyük həcmdə torpaqlar təhvil verilə bilər:

"Bölgədəki nəqliyyat və kommunikasiya xəttlərini açılması həm 10 noyabr tarixində imzalanmış birgə bəyanata, eləcə də 11 yanvar tarixində imzalanmış bəyanata uyğundur. 10 noyabr tarixində imzalanmış birgə bəyanatın 9-cu maddəs birbaşa olaraq regionda nəqliyyat və kommunikasita xəttlərinin açılmasını özündə ehtiva edir və bu xəttlərin açılması ilə bağlı məsələlər demək olar ki, dalana dirənmişdi. Lakin Ermənistan son dövrlər öz davranışları ilə göstərir ki, bu nəqliyyat xətlərinin açılmasının tərəfdarıdır. Üçtərəfli işçi qrupu öz işini bərpa edib. Mütəmadi olaraq müxətlif məsələlər ətrafında müxtəlif müzakirələr həyata keçirilir. Baş nazirlərin müavinləri səviyyəsində keçirilmiş görüşlərdə bölgənin gələcəyi müzakirə olunur, eyni zamanda nəqliyyat və kommunikasiya xətlərinin açılması həm də regional sülhü də daha dayanıqlı edir, eyni zamanda sərhədlərin delimitasiyası və demarkasiyası prosesini sürətləndirir.

Rusiya Federasiyasının prezidenti Putin daha çox hərbi xəritələrə istinad etdi. Çünki Rusiyanın Müdafiə Nazirliyinin Baş Qərargahında Sovet dövrünün hərbi xəritələri var və bir zamanlar inzibati xəritələr olduğu üçün burada ərazi dəyişiklikləri, ərazilərdə baş verən müxtəlif infrastruktur yol-nəqliyyat və digər həyati vacib məsələlər Sovet İttifaqı daxilində həll edildiyi üçün buna heç kim çox böyük əhəmiyyət vermirdi. Sonradan isə yeni reallıqlarda müstəqil respublikalar yaradıldı və Ermənistanın işğalçılıq siyasəti ucbatından bu sərhədləri müəyyən etmək mükün olmadı. Rusiya tərəfinin bu məsələlərdə vasitəçilik imkanlarını genişləndirən istiqamət həm də bundan ibarətdir ki, Rusiyada olan hərbi xəritələrlə tərəflər arasında razılığı əldə etmək mümkündür. Lakin sual doğuran məqam ondan ibarətdir ki, neçənci ilin xəritəsinə daha çox istinad olunacaq? Bəzi mənbələrdə bu xəritələrin 1920-ci il xəritələri əsasında müəyyən olunacağı haqqında informasiyalar dolaşır. Bu, 1920-ci ilin xəritələrinə uyğun olarsa, onda Azərbaycana daha böyük həcmdə torpaqlar təhvil verilə bilər. Bu, həm Ermənistan-İran sərhəddi, eləcə də Naxçıvan Muxtar Respublikasının Ermənistanın tərəfində olan hissələrini, eləcə də Zəngəzur diyarının bir hissəsini əhatə edir. Eyni zamanda həm də burada Qərbi Zəngəzurun bəzi ərazilərinin Azərbaycana verilməsi prosesi baş verə bilər. Digər bir versiya bundan ibarətdir ki, 1928-ci ilin xəritələrinə istinad olunacaq və burada da Azərbaycan geniş imkanlar əldə edir. 

Danışıqlar seqmentində dəfələrlə Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində bu məsələlərin həll olunmasını və nəqliyyat yükdaşımlarının həyata keçirilməsini vurğulayırlar. Bu da Azərbaycan tərəfinin xeyirinə olan bir məsələdir. Çünki Azərbaycan MDB-nin üzvü olanda bu gün dünya səviyyəsində tanınmış ərazisi ilə daxil olmuşdu və bu, həm də sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatandan sonra Qarabağın dağlıq hissəsinin də Azərbaycana aid olduğunu bir daha təsbit edəcək və Ermənistanın Azərbaycana qarşı bütün ərazi iddialarından geri çəkilməsinə səbəb olacaq.

Eyni zamanda Nikol Paşinyan da regional sülhün bərpa olunması və sülhün dayanıqlığının artırılması istiqamətində də son çıxışında fikirlər bildirib və görünür ki, Ermənistanın baş naziri Zəngəzur dəhlizinin alternativinin olmadığını bir daha vurğulayır. Uranın da regionda narahatlığını nəzərə alaraq burada  3+3 platformasının həyata keçməsi daha çox real görünür.

Həm də Azərbaycan və Ermənistan, eləcə də Rusiya rəhbərləri arasında görüşün keçirilməsi də proqnozlaşdırılır. Erməni tərəfinin media seqmentinə bu barədə məlumatlar da sızıb. Üçtərəfli birgə bəyanatın imzalanmasının bir illiyi ərəfəsində yeni əsaslarla görüşün keçirilməsi və hüquqi sənədin imzalanması ehtimal olunur və bu sənəddə də daha çox sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də bölgədəki nəqliyyat və kommunikasiya xəttlərinin açılması ilə bağlı hər hansısa daha əməli praktiki müstəviyə keçən hüquqi sənəsin imzalanması gözlənilir. Bununla da Rusiya həm də Cənubi Qafqaz dövlətləri olan Azərbaycan və Ermənistan arasında vasitəçilik imkanlarını daha da dərinləşdirir. Və həm hərbi xəritələrə istinad olunması, həm nəqliyyat yükdaşımlarının MDB-yə inteqrasiyası çərçivəsində həyata keçirilməsi gözlənilir, bununla da Rusiyanın bölgəyə təsir imkanları daha artmış olur".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər