Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Cüdo ustalarımız Lissabondan 8 medalla qayıdıb - ŞƏKİLLƏR

Baxılıb: 392     Tarix: 25-10-2021 22:40   
Cüdo ustalarımız Lissabondan 8 medalla qayıdıb - ŞƏKİLLƏR


Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında dünya çempionatı keçirilib. Azərbaycan 43 ölkədən 350-dən idmançının mübarizə apardığı çempionatda 15 idmançı ilə təmsil olunub. Cüdo ustalarımız vətənə 1 qızıl, 2 gümüş və 5 bürünc medalla dönüblər. 

Azərbaycan Cüdo Veteranları Assosiasiyasından verilən məlumata görə, yığma komandaya qızıl medalı M-4 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində tatami üzərinə çıxan Babək Hacıyev qazandırıb.

Yalnız finalda məğlub olaraq, gümüş medala layiq görülənlər -  Məmməd Məmmədov M-2 kateqoriyası üzrə 73 kq,  Mübariz Cəfərov isə M-5 kateqoriyası üzrə 81 kq çəki dərəcələrində yarışıblar.

Cüdo ustalarımızdan Tural Səfquliyev (M-1, 100 kq), Vüqar Babayev (M-2, 66 kq), İntiqam Ələkbərov (M-2, 100 kq), Müşfiq Cəfərov (M-5, 73 kq) və Azər Əsgərov (M-5, +100 kq) çempionatına bürünc medallarına sahib olublar. Onu da qeyd edək ki, Azər Əsgərov Azərbaycan Cüdo Veteranları Assosiasiyasının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının İdarə Heyətinin üzvüdür, ustalar arasında dünya Avropa çempionatlarında dəfələrlə mükafatalayiq yerlər tutub.

Xatırladaq ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ötən il veteran cüdoçular arasında beynəlxalq yarışlar keçirilməyib. Əvvəllərki illərdə olduğu kimi, dünya çempionatında iştirakı Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən təmin edilən ustalarımız bu il də yarışlara “Judo Club 2012” idman klubunda hazırlaşıblar.

Sumqayitfakt.Az








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər