Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Şəhid Əli Rzayev: “Əgər mən şəhid olsam, oğlum Hüseynin qulağına deyərsiniz ki, atan mərd kimi şəhid oldu“

Baxılıb: 3102     Tarix: 25-10-2021 10:02   
Şəhid Əli Rzayev: “Əgər mən şəhid olsam, oğlum Hüseynin qulağına deyərsiniz ki, atan mərd kimi şəhid oldu“


Əli Nəsib oğlu Rzayev 09 iyul 1992-ci il Mingəçevir şəhərində anadan olmuşdur. 1 qardaş 3 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Mingəçevir şəhərində keçmişdir. 2010-cu ildə orta təhsilini başa vurduqdan sonra Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Naxçıvanda yerləşən "N" saylı hərbi hissəyə göndərilir. 2012-ci ildə xidmətini başa vurduqdan sonra evinə qayıdan Əli ailəsini dolandırmaq məqsədi ilə bir çox işlərlə məşğul olmağa başlayır. 



Özünə hərbçi olmağı arzulayan Əli 2020-ci il avqust ayının 17-də könüllü olaraq kiçik çavuş rütbəsində müddətdən artıq hərbi xidmətə yola düşür. Həm dost-tanışların, həm qohum-qonşuların əziz və sevimlisi olan Əli hərbi xidmətdə də komandirlərin və hərbçi yoldaşlarının sevimlisi olur. 2020-ci ilin sentyabr ayına başlayan II Qarabağ müharibəsinə Əli də digər yoldaşları kimi qatılır və sözün əsl mənasında qəhrəmanlıqla vuruşur. Düşmənə sarsıdıcı zərbələr endirərək xeyli sayda canlı qüvvəsini məhv edir. Dəfələrlə öz həyatını təhlükəyə ataraq düşmən nəzarətində olan yaralı hərbiçilərimizi çıxarmaqla onların həyatını xilas etmiş, şəxsi heyətin itkilərinin az olması üçün əlindən gələni əsirgəməmişdir. 



Oktyabr ayının 6-da Ağdərə uğrunda gedən şiddətli döyüşlərdə qəhrəman əsgər Əli Rzayev casına şəhid olur. Şəhidin nəşi neytral zonada qaldığından bir neçə gün çıxarmaq mümkün olmayır. Həmin ayın 10-u nəşi doğulduğu Mingəçevir şəhərinə gətirilir və 11-i orada yerləşən şəhidlər xiyabanında torpağa tapşırılır. Şəhidimiz ailəli idi, yaş yarımlıq Hüseyn adında bir oğul övladı xalqımıza əmanət qaldı.



Şəhidin yoldaşı Gülü xanım xatırlayır: "Əli gedəndən sonra, hər gün telefon əlaqəmiz olurdu, hər danışanda birinci Hüseyni soruşurdu. Sanki şəhadətə yüksələcəyini bilirdi, sanki ürəyinə danmışdı. Axırıncı dəfə oktyabr ayının 6-da danışdı, dedi ki, "Hüseyn sizə əmanət, ona yaxşı baxarsız". Oğlu Hüseynin ağlamaq səsini eşitdi və sonra əlaqə kəsildi. Ondan sonra xəbər çıxmadı. Dört gün zəng vurmadı, oktyabrın 10-u gətirdilər, 11-i torpağa tapşırıldı. Həmişə mənə deyirdi ki, "özüm yetimçiliklə böyümüşəm, əzab-əziyyətlər çox çəkmişəm. Amma imkan vermərəm ki, Hüseyn əziyyətlər çəksin, mənim kimi böyüsün. Qoymaram ki, mən gördüyüm günləri Hüseyn də görsün". Sözünün əvvəli də Hüseyn idi, axırı da. Çox xoşbəxt bir ailə idik...".



Şəhidin dostu, iş yoldaşı Emin xatırlayır: "Biz Əli ilə uşaqlıqdan bir böyümüşük. Bir iş tapan kimi bir yerdə gedib işləyirdik. Bizim aramızda söz-söhbət olardısa, heç üç gün belə çəkməzdi, küsərdiksə də tez barışardıq. Çünki qəlbimizdə bir-birimizə qarşı heç zaman kin olmazdı. Əli hələ şəhid olmamışdı, biz bir neçə gün döyüşdə bir yerdə iştirak etdik. Mədə dedi ki, "kimin ağlına gələrdi ki, gələrdi ki, uşaqlıq dostun gün gələr sənin döyüş yoldaşın da olar". Sonra hamımız bir tərəfə bölündük. Əli ilə ayrıldıq. Əli mənim yanımda şəhid olmasa da, onun mənə yanındakı döyüş yoldaşları tərəfindən çatdırdıqları oldu. Uşaqlar gəlib mənə dedi ki, Əli 15-20 dəqiqə öncə bizə dedi ki, "əgər mən şəhid olsam, oğlum Hüseynin qulağına deyərsiniz ki, atan mərd kimi şəhid oldu".



Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Mingəçevir şəhərində anadan olan kiçik çavuş Əli Nəsib oğlu Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilir.

Allah rəhmət eləsin. Vətən sağ olsun!

Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər