Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Noyabr ayının 3-də Xocavənd uğrunda şəhid olan Mürtülü kəndinin qəhrəmanı - Xaqani Məmmədov

Baxılıb: 384     Tarix: 25-10-2021 09:46   
Noyabr ayının 3-də Xocavənd uğrunda şəhid olan Mürtülü kəndinin qəhrəmanı - Xaqani Məmmədov


Xaqani Mürşüd oğlu Məmmədov 15 iyun 2000-ci ildə Kürdəmir rayonunun Mürtülü kəndində anadan olub. 2 qardaş və 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kəndə keçirib. 2006-cı ildə Mürtülü kənd tam orta məktəbin 1-ci sinfinə gedib. Orta təhsilini başa vurduqdan sonra, 2017-ci ildə Şamaxı Dövlət Regional Kollecinə daxil olub və 1 il müddətində təhsilini kollecdə davam etdirib. 2018-ci ildə Xaqani Kürdəmir rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Naxçıvan MR-da yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 2020-ci ildə xidmətini başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdıb. Təhsilini davam etdirmək üçün oxuduğu kollecin açılmağını gözləyir. Lakin Xaqani bu arzusuna nail ola bilmir...



Həmin ilin sentyabr ayında başlayan II Qarabağ müharibəsi zamanı Xaqani həmin ayın 21-də könüllü olaraq Kürdəmir rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və müharibəyə yola düşür. Xocavənd və Şuşa uğrunda gedən ağır döyüşlərin fəal iştirakçısı olan Xaqani düşmənə sarsıdıcı zərbələr endirməklə və xeyli sayda canlı qüvvəsini məhv etməklə adını tarixə yazır. Göstərdiyi böyük şücaətləri ilə yaddaşlara həkk olunan igid noyabr ayının 3-də Xocavənd uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Kürdəmir rayonunun Mürtülü kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. 



Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Xaqani Mürşüd oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilir.

Allah rəhmət eləsin. Vətən sağ olsun! 

Sumqayitfakt.Az







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər