Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

5 medal və 1 ordenlə təltif olunan lerikli qəhrəman kimdir?

Baxılıb: 3112     Tarix: 25-10-2021 09:37   
5 medal və 1 ordenlə təltif olunan lerikli qəhrəman kimdir?


Lerikin ucqar dağ kəndi olan Soru kəndi I Qarabağ müharibəsində 5, II Qarabağ müharibəsində isə 3 şəhid vermişdir. Qırx dörd gün davam edən II Qarabağ müharibəsində son nəfəsinədək döyüşərək şəhid olan igidlərimizdən biri də miçman Elvin Ramiz oğlu Səfərovdur.

Elvin Ramiz oğlu Səfərov 10 dekabr 1989-cu ildə Lerik rayonunun Soru kəndinə anadan olmuşdur. 3 qardaş olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illəri oğulduğu kənddə keçmişdir. 1996-1997-ci ilin tədris ilində şəhid Təhsin Cəfərov Soru kənd tam orta məktib 1-ci sinfinə daxil olmuş və 2007-ci ildə orta təhsilini başa vurmuşdur. Təhsilini başa vurduqdan sonra, 2008-ci ildə Lerik rayon hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Daxili Qoşunların Xüsusi Təyinatlıların dəstəsinə göndərilir. 2009-cu ildə xidmətini başa vurduqdan sonra ehtiyyata buraxılır. Elvin 2010-cu ildə atasını, 2016-cı ildə isə anasını itirir. 



2014-cü ildə Elvin könüllü olaraq Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücüm" (SAH) xüsusi təyinatlı qüvvələrə yazılır və miçman rütbəsində xidmət etməyə başlayır. "Aprel döyüşləri"nin iştirakçısı olan miçman Elvin nümunəvi xidmətinə görə III dərəcəli "Qüsursuz xidmətə görə" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. Elvin həm Türkiyədə, həm də Belarusiyada Xüsusi Təyinatlılar üçün keçirilən yarışlarda iştirak edir. Bundan əlavə MDB ölkələri üzrə keçirilən Xüsusi Təyinatlıların yarışında snayper üzrə birinciliyi qazanmış, Yunanıstanda keçirilən yarışlarda isə dəfələrlə ölkəmizi təmsil etmiş və yüksək nəticələr qazanmışdır.



27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində miçman Elvin Səfərov fəal iştirak etmiş, Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlın və Hadrut uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirmiş, xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Adını göstərdiyi qəhrəmanlıqlarla tarixə yazan miçman Elvin Səfərov 31 oktyabr tarixində Füzulinin son kəndləri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Şəhidin nəşi 01 noyabr 2020-ci ildə doğulduğu Lerik rayonunun Soru kəndinə gətirilir və kənd qəbiristanlığında torpağa tapşırılır.



Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Soru kəndində anadan olan miçman Elvin Ramiz oğlu Səfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azan olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə və "Qarabağ" ordeni ilə təltif edilmişdir.

Allah rəhmət eləsin. Vətən sağ olsun!

Sumqayitfakt.Az








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər