Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Şəhid atası: “Oğlum İmam Hüseyn(ə.s) aşiqi idi. Maşında mərsiyəyə qulaq asa-asa hərbi komissarlığa getdi“

Baxılıb: 374     Tarix: 25-10-2021 09:31   
Şəhid atası: “Oğlum İmam Hüseyn(ə.s) aşiqi idi. Maşında mərsiyəyə qulaq asa-asa hərbi komissarlığa getdi“


Qurbanəli Elşad oğlu Quluzadə 25 iyun 2001-ci ildə Bakı şəhər, Xəzər rayonu Binə qəsəbəsində anadan olub. 2 qardaş 1 bacı olmaqla ailədə 5 nəfər olubar. Uşaqlıq illərini qəsəbədə keçirən Qurbanəli 2008-ci ildə Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Daha sonra təhsilini 121 saylı tam orta məktəbdə davam etdirib. Orta təhsilini başa vurduqdan sonra, 21 oktyabr 2019-cu ildə Xəzər rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb.



2020-ci ilin sentyabr ayından etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibə zamanı Qurbanəli də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılır, Füzuli, Cəbrayıl istiqamətində düşmənə qarşı vuruşaraq böyük şücaət və qəhrəmanlıqlar göstərir. Qəhrəman əsgər döyüş yolunu daha sonra Xocavənd istiqamətində davam edir və düşmənə qarşı sarsıdıcı zərbələr endirməklə xeyli sayda canlı qüvvəsini məhv edir. Xidmətinin 1 illiyində -oktyabr ayının 21-də Xocavənd istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi səhərisi gün Binə qəsəbəsinə gətirilir və orada yerləşən "Şəhidlər Xiyabanı"nda böyük izdihamla torpağa tapşırılır.  



Şəhidin atası Elşad kişi onun haqqında belə xatırlayır: "Oğlum İmam Hüseyn(ə.s) aşiqi idi. Həmişə məscidə gedərdi. Mərsiyələr dinləyərdi. Özü də hətda mərsiyə oxuyardı. Biz onu hərbi xidmətə yola salanda, maşında mərsiyəyə qulaq asa-asa hərbi komissarlığa getdi. Bir dəfə belə olsun, onun ağzından pis söz çıxmadı. Müharibə zamanı mənə zəng etdi və məndən halallıq istədi. Mən oğlumla və oğlumun timsalında olan bütün şəhidlərimizlə fəxr edirəm. Onlar 30 illik həsrətə son qoydular. Onlar canlarından, qanlarından keçdilər. Axır zamanlar ermənilərdən bəhs edəndə, deyirdi ki, "Ata, bu ermənilər kimdir axı belə, necə millətdir ki, bunlar torpağımıza girib, çıxmaq istəmir, qoçuluq edir bizim torpaqlarda?" Kiçik yaşlarından bəri Milli Qəhrəman Mübariz İbrahimov və onun kimi qəhrəmanlarımıza baxırdı, onların həyat hekayəsini oxuyurdu və onlar kimi olmaq istəyirdi. Məqam gəldi, oğlum da arzusuna çatdı. Şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!""  



Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanəli Elşad oğlu Quluzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilir.

Allah rəhmət eləsin. Vətən sağ olsun! 





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər