Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Vətən müharibəsinin yeganə qadın şəhidinin anım günü keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 4199     Tarix: 24-10-2021 23:26   
Vətən müharibəsinin yeganə qadın şəhidinin anım günü keçirilib - ŞƏKİLLƏR


Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyin təşkilatçılığı ilə Xətai rayonu Vunq Tau küçəsi 11 -də yerləşən El Chacho sarayında Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin ilk və tək xanım şəhidi hərbi tibb qulluqçusu Arəstə Baxışovanın anım mərasimi keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirdə şəhidin doğmaları, müxtəlif iş adamları, şəhid ailələri, qazilər iştirak edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edənlər şəhidimizin doğmalarına səbr diləyib, ruhuna dualar ediblər. 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adlarını tarixinə yazdıran şəhidlərimizin daim hörmət və ehtiramla yad ediləcəyini bildiriblər.



Bu qəhrəmanlardan biri də Torpaq uğrunda mübarizədə canını fəda edən, şəhidlik məqamına ucalmaqla ölümsüzləşən 44 günlük Vətən müharibəsinin ilk və yeganə xanım şəhidi hərbi tibb qulluqçusu Arəstə Baxışovadır. Xalqımızın qəhrəman qızı Arəstə Baxışova yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olaraq, əsl hərbçi, əsl şəfqət bacısı, əsl Azərbaycan xanımı kimi şəhadət zirvəsinə yüksəlib.



Qeyd edək ki, Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub.
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb.  Mərdan adında oğlu və Zəhra adında qızı indi onun yeganə yadigarı olaraq qaldı.



Arəstə Baxışova 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah rəhmət etsin!

Vüsal Ağa
Sumqayitfakt.Az

Şəkillər: Vüsal Əmirov






















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər