Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Şəhid Sadıqlı İbrahim: “Əgər şəhid olsam, elə edin ki, məni bütün Azərbaycan tanısın“

Baxılıb: 497     Tarix: 24-10-2021 14:30   

Şəhid Sadıqlı İbrahim: “Əgər şəhid olsam, elə edin ki, məni bütün Azərbaycan tanısın“


Şəhid kəşfiyyatçı Sadıqlı İbrahim şəhid olmamışdan qabaq bu sözlərlə hər kəsə müraciət etmişdir. “Əgər şəhid olsam, elə edin ki, məni bütün Azərbaycan tanısın“

Sumqayitfakt.Az şəhidimiz haqda məlumat verir.

Qeyd edək ki, İbrahim Şahin oğlu Sadıqlı 28 iyun 1993-cü ildə Bakı şəhərində anadan olub. 3 qardaş olmaqla ailədə 5 nəfər olublar. Evin son beşiyi olan İbrahim uşaqlıq illərini Bakı şəhərində keçirib. 1999-cu ildə Nəsimi rayon 5 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 2008-ci ildən isə təhsilini 6 saylı Peşə Məktəbində davam etdirib və 2011-ci ildə başa vurub. Oxuduğu illərdə idmana çox böyük marağı olduğundan "Sərbəst güləş"lə məşğul olub. Həm dost-tanış içində, həm də qohum-qonşu içində böyük-kiçik yeri bilən və hörmət sahibi olan İbrahim ibadət əhli olub. Təhsilini başa vurduqdan sonra -2012-ci ildə Binəqədi rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Qobustanda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Vətənə olan borcunu şərəflə yerinə yetirdikdən sonra evinə, ata-anasının yanına qayıtdıqdan sonra ailəsinə kömək etmək məqsədilə bir çox işlərlə məşğul olmağa başlayıb.



Ürəyi Vətən, torpaq sevgisi ilə döyünən İbrahim müddətdən artıq xidmət etmək qərarına gəlir. 2016-cı ilin yanvar ayında könüllü olaraq Ordu sıralarına qayıdır və Xüsusi Təyinatlı Qüvvələrdə gizir rütbəsində snayperçi vəzifəsində xidmət etməyə başlayır. Xidməti dövründə hərbi hissə komandiri, XTQ komandanlığı vəzifələrində xidmət edir. Nümunəvi xidmətinə görə Müdafiə Nazirliyi tərəfindən müftəlif "Fəxri fərman"larla və Prezident İlham Əlloyev tərəfindən "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilir. Respublika daxilində keçirilən hərbi turnirlərdə iştirak edərək müxtəlif yüksək nəticələr əldə edir. Bundan başqa İbrahim 08 noyabr 2018-ci ildə özünün nizam-intizamına və yüksək döyüş hazırlığına görə Müdafiə Nazirliyi tərəfindən Çin Xalq Respublikasında keçirilən snayper kursuna göndərilir. 6 aylıq kurs müddətində sözün əsl mənasında yüksək bacarığı ilə 50 dövlətin iştirakçısı arasında I yerə layiq görülür və snayperçi olmaqla "A" kateqoriyası üzrə keçirilən bu kursu keçən yeganə XTQ mənsubu olur. Peşəsinə çox bağlı olduğundan hərbi formasını göz bəbəyi kimi qoruyur. Kursda üçrəngli Azərbaycan bayrağını solğun rəngdə görəndə rəhbərliyə və Çindəki hərbi attaşemizə raportla müraciət edərək bayrağımızı yenilətdirir.



2020-ci ilin sentyabr ayında başlayan II Qarabağ müharibəsi zamanı kəşfiyyatçı gizir sevinə-sevinə bu döyüşlərda iştirak edir və Murovdağ, Füzuli, Cəbrayıl Kəlbəcər, Ağdərə istiqamətində gedən ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirir, 60-a yaxın zabit və əsgərini məhv edir. Bundan başqa döyüşlər zamanı 1-i zabit olmaqla 2 döyüş yoldaşını döyüş meydanından çıxarmaqla onların həyatını xilas etmiş olur. Düşmənə sinə gərərək adını qızıl hərflərlə tarixə yazan qəhrəman gizir oktyabr ayının 3-də səhər saatlarında qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Bakı şəhərinə gətirilir və II Fəxri Xiyabanda böyük izdihamla torpağa tapşırılır.



İbrahimin döyüş yoldaşlarının dediklərinə görə, o, döyüşə tam açıq şəkildə girər və "Bu Xocalının intiqamı üçün"; "bu şəhidlərimizin intiqamı üçün"; "bu bizdən öncə əziyyət verdiyiniz insanlar üçün" -deyərək, düşmənin canlı qüvvəsini məhv edər və qisasımızı alardı.



Şəhidin qardaşı isə onun haqqına belə xatırlayır: "Qardaşım evimizin sevinci idi. O, şəhadətə ucalmağı ilə sanki bu dünyadakı sevincimizi axirət sevinci ilə dəyişdi. Atam onu evləndirmək istəyəndə, atama, "Ata, İnşallah Qarabağ azad olunsun, sonra evlənəcəyəm!" -cavabını verdi. Qardaşım ağır xidmət etməyinə baxmayaraq, həmişə ibadətlərini edərdi, heç zaman gecikdirməzdi, namazını imkan edən kimi qılar və həmişə orucunu tutardı. Nə qədər yorğun olsa da, yuxusuz olsa da, çətinliklərlə üzləşsə də heç zaman öz işindən narazı qalmazdı, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyinə görə fəxr edərdi. "Əgər şəhid olsam, elə edin ki, məni bütün Azərbaycan tanısın" -deyərdi. Hətta hələ uşaq olarkən atasına "Ata, müharibə başlasa, oğlun qəhrəmanlıq edərdi, sən də mənimlə fəxr edərdin" -deyərdi. Heç zaman imkan verməzdi ki, biri kiminsə haqqına girsin. Dərhal reaksiya verərdi. Özünə rəva bilmədiyini başqasına bəlməzdi. Atam, anam 2019-cu il oktyabr ayının 3-də Kərbəla ziyarətindən gəlmişdi. 2020-ci il oktyabr ayının 3-də də qardaşım şəhid oldu. 1 il sonra... Yəqin ki, burda Allahın bir hikməti var.....". 



Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olan kəşfiyyatçı gizir İbrahim Şahin oğlu Sadıqlı ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Cəbrayılıın azad olunmasına görə", "Vətən uğrunda"  medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin. Vətən sağ olsun!

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər