Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Doğum günündə şəhid olan qəhrəman Sübhan Cəbrayılov

Baxılıb: 380     Tarix: 24-10-2021 09:01   
Doğum günündə şəhid olan qəhrəman Sübhan Cəbrayılov


Dünyaya gəldiyi tarixdə çox sevdiyi vətənin azadlığı uğrunda vuruşaraq qələbə qazanıb dünyadan köçmək, Tanrı dərgahına ucalmaq...

Sübhan Cəbrayılovun taleyinə hərbçi olmaq yazılıbmış. Çox sevib vətənini. Şəhid olmaq ən böyük arzusu olub. Allah da onu arzusuna çatdırıb. Doğulduğu gündə - oktyabrın 23-də şəhidlik zirvəsinə yüksəlib. Baş gizir Sübhan Cəbrayılov Füzulidən Qubadlıyacan döyüşüb. Zəngilan işğal azad edildikdən sonra Qubadlı uğrunda döyüşlərə qatılıb. Elə bu döyüşlərdə də şəhid olub. Dünyada yəqin ki, bu hissin ifadə forması yoxdur. Anası Ləzifə Cəbrayılova öz əliylə böyütdüyü oğlunu vətənə qurban verir: "Oğlum istədiyinə nail oldu. Hamı qürurludur. Oğlumuz torpaq yolunda, vətən uğrunda gedib. Uca edib adını. Bayrağa həvəsi var idi. Bayrağa da bükülü gəldi”. Böyük döyüş yolu keçib 37 yaşlı Sübhan Cəbrayılov. Qüsursuz xidmətinə görə bir sıra medal və mükafatlara layiq görülüb. Döyüş yoldaşı Səxavət Sübhanın döyüşlərdə neçə-neçə şəhidimizi çiynində daşıdığını deyir: "O, yanımızda olanda biz döyüşə gözüyumulu girirdik. Bilirdik ki, Sübhan bizimlədirsə, qələbə də bizimlədir. 30-dan çox şəxsi heyəti sıradan çıxarıb. Sonra düşmənin bir dənə BMP-sini RPQ-26 ilə vurub məhv edir. Düşmənin polkovnikinin əsir götürür, düşmənin xəritəsini polkovnikdən alır və polkovniki yerində məhv edir”. Sübhan Cəbrayılov övladlarının milli vətənpərvərlik ruhunda böyümələrini istəyirdi. Yəqin ki, indi balalarını hərbi geyimdə görsə, bu arzusunun da yerinə yetdiyinə şad olardı. Şəhid qardaşımız, övladların sənin azad elədiyin vətəndə sənin miras qoyduğun dəyərlərlə böyüyəcəklər. Sənin sayəndə! Məkanın behişt olsun!

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər