Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Hicran Hüseynova şəhid Milli Qəhrəman Şükür Həmidovun anım mərasimində iştirak edib

Baxılıb: 371     Tarix: 23-10-2021 08:55   
Hicran Hüseynova şəhid Milli Qəhrəman Şükür Həmidovun anım mərasimində iştirak edib


Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidimiz Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 2-ci Ordu Korpusunun Komandir müavini, Azərbaycanın Milli Qəhrəmanı Həmidov Şükür Nəriman oğlunun anım günüdür. Həmidov Şükür 01.04.1975-ci il də dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsində 22.10.2020- ci ildə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.

Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı fərqlənmişdir, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. II Fəxri Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür Həmidov ölümündən sonra "Zəfər" ordeni ilə təltif edilmişdir.

Şükür Həmidov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Qubadlı İcra Hakimiyyətinin başçısı Malik İsaqov və müavinləri, Milli Məclisin deputatları Hicran Hüseynova, Tahir Mirkişili və İmamverdi İsmayılov şəhidimiz Milli Qəhrəman Həmidov Şükür Nəriman oğlunun ll Şəhidlər Xiyabanında anım günündə iştirak edib,məzarına gül dəstələri düzərək əziz xatirəsini yad ediblər. Şəhidimizin ailəsinə dərin hüzünlə baş sağlığı verib, şəhidimizlə bütün Azərbaycanın qürur duyduğunu, fəxr hissi ilə daima anılaraq yaddaşlara həkk olunduğunu qeyd edərək, hər zaman lazım olan qayğını və dəstəyi bundan sonra da ailəyə gösdərəcəklərini bildiriblər.
Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələri,qazilərimizə xüsusi diqqət və qayğı göstərdiklərini bildiriblər.
Millət vəkili Hicran Hüseynova şəhidimizə Allahdan rəhmət diləyir,ruhu qarşısında qürur və ehtiram hissi ilə baş əydiyini bildirib.
Bugünümüzü onlara borcluyuq, şəhid və qazi ailələrinin hər zaman yanında olacaqlarını bildiriblər.

Sumqayitfakt.Az







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər