Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Vətən müharibəsi şəhidlərinin xatirəsi Cəlilabadda yad edilib

Baxılıb: 3109     Tarix: 22-10-2021 11:01   
Vətən müharibəsi şəhidlərinin xatirəsi Cəlilabadda yad edilib


Cəlilabad rayonunda Vətən müharibəsi şəhidləri anılıb.

Sumqayitfakt.Az xəbər verir ki, Cəlilabad şəhərində Səfərov Maarif Mikayıl oğlunun, rayonun Ocaqlı kəndində Ağahüseynli Səyyad Əliyar oğlunun, Göytəpədə İbadov Vüqar Sadiq oğlunun və Məmmədrzalı kəndində Məmmədov Kənan Tofiq oğlunun anım mərasimləri keçirilib.

Mərasimlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canında keçmiş şəhidlərin xatirəsi yad edilib, onların məzarları ziyarət edilib və onların ruhuna dualar oxunub.

Qeyd edək ki, Səfərov Maarif Mikayıl oğlu 1997-ci ildə Cəlilabad şəhərində anadan olub. Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ağahüseynli Səyyad Əliyar oğlu 2002-ci ildə Ocaqlı kəndində anadan olub. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub və "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

İbadov Vüqar Sadiq oğlu 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə " və "Füzulinin azad olunmasına görə " medalları ilə təltif edilib.

Məmmədov Kənan Tofiq oğlu 1998-ci ildə Məmmədrzalı kəndində anadan olub. Suqovuşanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olub və "Vətən uğrunda ", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə " medalları ilə təltif edilib.

Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər