Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Peruda Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qeyd olunub

Baxılıb: 382     Tarix: 20-10-2021 08:35   
Peruda Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qeyd olunub


Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə ölkəmizin Perudakı diplomatik nümayəndəliyində tədbir təşkil edilib.

Sumqayitfakt.Az Azərbaycanın Meksikadakı Səfirliyinə istinadən xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın Vətən müharibəsində həlak olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Peruda akkreditə olunmuş diplomatik korpusun üzvləri, konqresmenlər, bu ölkənin Xarici İşlər Nazirliyi, Lima şəhər meriyasının nümayəndələri və yerli KİV təmsilçilərinin iştirakı ilə baş tutmuş tədbirdə qonaqlara Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyin bərpasından sonrakı çətinliklər, ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki müstəsna xidmətləri və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı uğurlar haqda məlumat verilib.

Tədbirdə tanınmış klassik Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, ölkəmizin tarixi, mədəniyyətinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib və qonaqlara Azərbaycan milli mətbəxindən nümunələr təqdim edilib.

Bununla yanaşı, müstəqilliyimizin bərpasının 30-cu ildönümü şərəfinə paytaxt Limanın əsas tarixi rayonu olan Miraflores bələdiyyəsinin binası, Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Sumqayitfakt.Az









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər