Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Hicran Hüseynova şəhidin il mərasimində iştirak edib

Baxılıb: 358     Tarix: 20-10-2021 08:27   
Hicran Hüseynova şəhidin il mərasimində iştirak edib


Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, hərbi tibb qulluqçusu Eldar Firudin oğlu Abdullayevin Sumqayıt şəhərində il mərasimi keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova şəhidin il mərasimində iştirak edib.

H. Hüseynova şəhidin ailəsinə başsağlığı verib, şəhidlərimizin şərəfli döyüş yolu keçməsindən və onların xatirəsinin heç bir zaman unudulmayacağından danışıb. Dövlətin şəhid və qazilərimizə göstərdiyi diqqətdən və onlara verilən dəstək barədə məlumat verib.

Deputat Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və rəşadətli ordumuzun torpaqlarımızı düşməndən işğalından azad etdiyini qeyd edib.

Qeyd edək ki, Eldar Abdullayev 1982-ci il iyulun 23-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Eldar Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Sumqayitfakt.Az










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər