Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

İlham Əliyev slovakiyalı naziri qəbul etdi

Baxılıb: 3160     Tarix: 19-10-2021 12:22   
İlham Əliyev slovakiyalı naziri qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçoku qəbul edib.

Sumqayitfakt.Az xəbər verir ki, görüşdə Azərbaycanla Slovakiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, siyasi təmasların fəal şəkildə olduğu bildirildi. Bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ölkəsinin Azərbaycanı iqtisadi əməkdaşlıq üçün yaxşı imkanlara malik olan bir ölkə kimi qəbul etdiyini vurğulayıb və bildirib ki, Slovakiya tərəfi Azərbaycanla iqtisadi əlaqələrin inkişafı istiqamətində səylərin Prezident İlham Əliyev tərəfindən dəstəklənməsinə böyük önəm verir.

Qonaq iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub. İvan Korçok Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və yenidənqurma layihələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Qonaq qeyd edib ki, Slovakiya dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə sadiqdir və bu əsasda ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər