Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Sumqayıtda “Uşaqlıq” - ŞƏKİLLƏR

Baxılıb: 365     Tarix: 18-10-2021 08:53   
Sumqayıtda “Uşaqlıq” - ŞƏKİLLƏR


Sumqayıt Dövlət Dram Teatrı 53-cü mövsümünün açılışını 16 oktyabr tarixindəmonotamaşa ilə reallaşdırdı. Gənc yazar, cəmiyyətin mənəvi-sosial problemlərini ustalıqla bədii yazıya köçürə bilənÜlviyyə Heydərovanın "Uşaqlıq”əsəriteatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmovun traktovkasında canlı teatr üçün darıxmış sumqayıtlılara və paytaxtdan gəlmişteatrsevərlərə təqdim olundu.

Öncə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış edərəkhər kəsiteatrların fəaliyyətinin bərpa olunması, həmçinin 53-cu teatr mövsümünün açılışı münasibətilətəbrik etdi. Direktor növbəti mövsümdədaha maraqlı, aktual mövzuların yer aldığı layihələrin olacağını bildirdi.

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Firudin Məhərrəmov səhnə əsərininərsəyə gəlməsi prosesindənməqamları xatırlatdı.

"Uşaqlıq” monotamaşası hər kəsi əyləndirən, güldürənbir sirk artistinin, klounun problemlər içində çabalayanfaciəvi yaşantılarına həsr olunub. Uşaq evində min bir əziyyət və təzyiq altında böyümüş, indi də bətnindəki körpənin ona yaradacağı çarəsiz durumun dəhşətindənvahimələnən gənc qadının iztirabları, psixoloji acıları istedadlı aktrisa İlahə Səfərova tərəfindən məharətləçatdırılır. Tamaşa ərzindəmüxtəlif hislər klounun ağlayan və gülən simasında real rənglərləverilir.

Quruluşçu rejissor tamaşanın başlanğıcı iləfinalını sanki bir fəlsəfiyozumda birləşdirib. . Doğuluş-ölüm məsafəsi əslində zaman-məkan təsnifatını arxa plana keçirməkləəsas ideyanı bəyan edir. Hadisələr dövr edir vəbaşlanğıca qayıdır. Kloun rəmzi olaraq ölmüş valideynlərinin arasında xəyalən çəkdiyi şəklə dönür... Və oradan yenidən həyata gəlmək istəyir, amma öncəinsanlara mesaj ötürür, qlobusu birbaşa tamaşaçılara atır, "alın bu dünyamızı dəyişin” söyləyir.

Tamaşa alqışlarla qarşılandı. Qeyd edək ki, bədii tərtibat vəmusiqi seçimi də çox uğurludur. Səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Yazıçı Almaz Bəyazid tamaşada qoyulan bəşəri problemin mükəmməl rejissor yozumundan danışdı, əməyi olan hər kəsi təbrik etdi.

Maraqlı səhnə əsərindənsonra müəllif onun düşüncələrinin, yazı üslubunun dürüst səhnəhəllini tapmış quruluşçu rejissora, qəhrəmanın dramatik-psixoloji vəziyyətini ustalıqla canlandıran gənc aktrisa İlahə Səfərovaya, tamaşaçılara minnətdarlığını bildirdi və Sumqayıt Dövlət Dram Teatrının yaradıcıheyəti ilə əməkdaşlıqdan məmnun olduğunu bildirdi.

Sumqayitfakt.Az


















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər