Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Gəncə terroru Azərbaycanı təxribata çəkmək üçün törədilib - ukraynalı deputat

Baxılıb: 396     Tarix: 17-10-2021 16:27   
Gəncə terroru Azərbaycanı təxribata çəkmək üçün törədilib - ukraynalı deputat


Biz - ukraynalı deputatlar Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ərəfəsində Azərbaycanda səfərdəyik. Bu gün Gəncə şəhərini ziyarət etdik, ötən ilin oktyabrında burada mülki əhaliyə qarşı törədilmiş cinayət izlərinin şahidi olduq. Açıq-aydın görünür ki, bu terror aktı Azərbaycanı təxribata çəkmək üçün törədilib.

Sumqayitfakt.Az bildirir ki, bu sözləri Gəncədə səfərdə olan ukraynalı deputat Valeri Kolyux deyib.

Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan V.Kolyux bildirib ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsinə sevinir. "Təəssüf ki, sizin haqq mübarizənizdə dinc insanlar da həlak oldu. İndi Qarabağın inkişafı üçün addımlar atılır. Ukrayna olaraq biz gələcəkdə çiçəklənən Qarabağı görmək arzusundayıq", - deyə ukraynalı qonaq əlavə edib.

Qeyd edək ki, Azərbaycana səfər edən Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri Gəncə bir neçə dəfə raket və ağır artilleriya hücumlarına məruz qalıb. Hücum zamanı aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər