Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Zəhra Səfaralı qızı “Qəlbimin üşüyən tərəfi” adlı kitabını təqdim etdi

Baxılıb: 3209     Tarix: 17-10-2021 14:18   
Zəhra Səfaralı qızı “Qəlbimin üşüyən tərəfi” adlı kitabını təqdim etdi


Abşeron rayon Mərkəzi Kitabxanasında qəlbini el-obaya, Vətənə, torpağa kökləyib, illərlə o hava ilə nəfəs alıb, o ağrı-acını ruhuna hopduran, nəhayət, Qarabağın,- Zəngilanın azad olunması gününü görüb, möhtəşəm qələbəmizin şahidi olan, bu hissləri yaradıcılığına hopduran Zəhra Səfaralı qızıının "Qəlbimin üşüyən tərəfi" adlı kitabının təqdimatı təşkil olundu.

Sumqayitfakt.Az xəbər verir ki, tədbiri giriş sözü ilə MKS-in direktoru, şair M.Abdullayeva (Məlahət Yusifqızı) açdı, 44 günlük müharibənin qürurundan, döyüş yolu keçən oğulların igidliyindən, yazıçı-şair Zəhra Səfəralı qızının yaradıcılığından, hadisə və mühitin onun yaradıcılığında ustalıqla əks olunmasından danışdı və şəhidlər bir dəqiqəlik sukutla yad edildi.



Tədbirdə şairin qələm dostları, müxtəlif sənət və peşə sahibləri, o cümlədən çox sayda ədəbiyyatsevər qonaqlar iştirak edib.



Çıxış edənlər Zəhra Səfaralı qızını təbrik edib, şairin həyat və yaradıcılığı barədə danışıb, şeirlərini oxuyub ona yeni yaradıcılıq uğurları arzulayıblar.



Kitabxanaya kitablar hədiyyə verildi.



Tədbirdə “Salam Azərbaycan əsgəri” adlı kitab sərgisi və şəhidləri əks etdirən foto-stend nümayiş olundu.



Qeyd edək ki, Zəhra Səfəralı qızı Məmmədova 4 iyul 1960-cı ildə
Zengilan rayonunda anadan olub.
1985-ci ildə Bakı Dövlət Universitetini bitirib.

"Buluddan nəm çəkdi yolum", "Uzaqdan gətirdiklərim" adlı kitabların müəllifidir. Şeir və hekayələri dövri mətbuatda dərc olunur. Ailəlidir, iki övladı, üç nəvəsi var.



“Qəlbimin üşüyən tərəfi” adlı kitabı müəllifin oxucularla üçüncü görüşüdür.
Baş redaktoru Abşeron rayon Mərkəzi kitabxananın drektoru Məlahət Yusifqızıdır.



Vüsal Ağa
Sumqayitfakt.Az










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər