Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Azərbaycan gələcəyin Ordusunu qurur - Vətən etibarlı əllərdə - ŞƏKİLLƏR

Baxılıb: 3102     Tarix: 16-10-2021 11:05   
Azərbaycan gələcəyin Ordusunu qurur - Vətən etibarlı əllərdə - ŞƏKİLLƏR


Vətən müharibəsi Azərbaycan xalqının gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirmək üçün əsl fürsət oldu. Lakin hər şey bununla bitmədi. Müharibə bitsə də ətrafımızda bir çox dövlətlərin Azərbaycana qarşı kin-küdurəti hələ də açıq-aşkar hiss edilməkdədir. 30 illik işğala son qoymaq Ordumuz qarşısında əsas vəzifə olsa da, bu suverenliyi, müstəqilliyi qoruyub saxlamaq ondan da çox məsuliyyət, güc, güclü Ordu tələb edir. Bunun üçün hər bir azərbaycanlı Vətəninə, torpağına bir də yağı düşmən ayağı dəyməmək, bir də 30 il əvvəlki ağrı-acını yaşamamaq məqsədi ilə bu birliyi nəyinki qoruyub saxlamaq, onu daha da irəli aparmaq barədə düşünməlidir.

Elə bu məqsədlə "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Azərbaycan Gənclər Fondunun (Azerbaijan Youth Foundation) dəstəyi ilə Qax rayonunda keçirilən "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsigörənləri heyrətə salıb.

Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş, açıq hava şəraitində beş gün davam edən düşərgədə gənclər "Yarasalar", "Şahinlər", "Canavarlar", "Əqrəblər", "DənizPişikləri", "Vaşaqlar" adlı komandalar şəklində iştirak ediblər. 

Düşərgə müddətində gənclərə simulyativ hərbi əməliyyat proqramı əsasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizir heyəti tərəfindən topoqrafiya, dağçılıq, mühəndis-istehkam, kəşfiyyat, sıra hazırlığı, ilkin tibbi hazırlıq, kütləvi qırğın silahlarından müdafiə hazırlığı, ekstremal şəraitdə həyatda qala bilmə, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçirilib, gənclər üçün hərbi idman oyunları təşkil oluub.

100 gəncin iştirakı ilə baş tutan "Xüsusi Təyinatlı Gənclik"  hərbi-vətənpərvərlik düşərgəsinin qalibi 5 gün boyunca yüksək nizam-intizam və fəaliyyətlərdə daha aktiv iştirak edən "Dəniz pişikləri" komandası olub. 

Bu cür təşəbbüs heç şübhəsiz ki, daha güclü Azərbaycan naminə atılmış vacib addımlardan biridir. Ümid edirik ki, belə layihələr artıq ənənə halını alacaq. 

Sumqayitfakt.Az



















































Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər