Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Yaralı yoldaşını döyüşdən çıxararkən şəhid olan qəhrəman artilleriyaçı - ŞƏKİLLƏR

Baxılıb: 392     Tarix: 16-10-2021 10:02   
Yaralı yoldaşını döyüşdən çıxararkən şəhid olan qəhrəman artilleriyaçı - ŞƏKİLLƏR


Vətən müharibəsi şəhidi Rəşid Mədinov Suqovuşan, Xocavənd və Füzuli döyüşlərində qəhrəmanlıqla savaşıb. Qəhrəman topçu yaralı döyüş yoldaşını atəş altından çıxararkən şəhidlik zirvəsinə ucalıb.

Sumqayitfakt.Az bildirir ki, Rəşid Nəzər oğlu Mədinov 1996-cı il aprelin 24-də Xaçmazın Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Qırızlı kəndində böyüyən Rəşid həmişə vətənpərvərliyi və ətrafındakılara xoş münasibəti ilə seçilib.

Rəşid onuncu sinfi bitirdikdən sonra Bakı Dövlət Sosial-İqtisadi Kollecinə qəbul olunub. Kollecdə təhsilini başa vurduqdan sonra 2015-ci ilin iyulunda əsgərliyə yollanıb. Hərbi xidmətini Murovdağda keçən Rəşid Aprel döyüşlərində də iştirak edib. Döyüşlərdə baş artilleriya atıcısı olaraq düşmənə qan uddurub. Qəhrəman döyüşçü tərifnamə və fərqlənmə diplomları ilə təltif olunub.

Vətən müharibəsi başlamazdan öncə keçirilən təlimlərə çağırılanlar sırasında yer alıb. Suqovuşan, Xocavənd və Füzuli döyüşlərində iştirak edən Rəşid artilleriya bölmələrinin tərkibində böyük qəhrəmanlıq göstərib.

"Telefonla danışanda müharibədə olduğunu məndən gizlətdi. Dedi ki, biz cəbhədən arxadayıq. Böyük ümidlərim, arzularım vardı. Hamısı puç oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə şəhidin anası Naibə Mədinova söyləyib.

Rəşid Mədinovun son döyüşü oktyabrın 13-də Füzulinin Pirəhmədli kəndi yaxınlığında olub. Yaralı yoldaşını döyüş meydanından çıxararkən yaxınlığında artilleriya mərmisi partlayıb. Partlayış nəticəsində ağır qəlpə yaraları alan Rəşid Vətən müharibəsinin 17-ci günü şəhidlik zirvəsinə ucalıb.

Atası Nəzər Mədinov deyib: "Səfərbərlik çağırışı əsasında təlimlərə cəlb olundu. Çox sevinclə, ürəklə getdi. Vətən müharibəsində də qəhrəmanlıqla iştirak edib. Hadrutda və Füzulidə döyüşüb. Döyüş yoldaşlarının dediyinə görə, Rəşid yaralı hərbçimizi atəş altından çıxarmaq üçün irəli atılıb. Döyüş yoldaşını səngərə gətirməyə cəhd edərkən yaxınlığında mərmi partlayıb. Oğlum qəhrəmanlıqla şəhid olub".

Qəhrəman döyüşçü oktyabrın 14-ü doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Yeni Həyat qəsəbə qəbiristanlığında dəfn olunub.

Ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Sumqayitfakt.Az









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər