Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Üç medalla təltif olunan qəhrəman manqa komandiri - ŞƏKİLLƏR

Baxılıb: 391     Tarix: 16-10-2021 09:48   
Üç medalla təltif olunan qəhrəman manqa komandiri - ŞƏKİLLƏR



Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ağabala Ağayev döyüşlərdə göstərdiyi şücaətə görə üç medalla təltif olunub.

Sumqayitfakt.Az bildirir ki, 1997-ci il martın 3-də Şabran rayonunun Çölquşçu kəndində anadan olan Ağayev Ağabala İzzət oğlu ailədə iki qardaş, bir bacı olublar. Ağabala evin böyük oğlu idi.

Orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanan Ağabala Sərhəd Qoşunlarında hərbi xidmət keçib. Vətənpərvər gənc əsgərlikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi çalışıb. Ağabala öz istəyi ilə Müdafiə Nazirliyinə müraciət edərək xüsusi kurslardan keçib və kiçik çavuş kimi manqa komandiri vəzifəsində xidmətə başlayıb.

"Əsgərlikdən gələndən sonra mühafizə xidmətində işə düzəldi. Amma hərbçi olmaq istəyirdi. Elə də oldu. Müddətdən artıq hərbi xidmət qulluqçusu kimi işə başladı. On ay idi işləyirdi. Manqa komandiri idi. Sonuncu dəfə evə iyun ayında məzuniyyətə gəlmişdi. Sevdiyi qız vardı. Bizə bu barədə söyləyəndə xeyir-duamızı verdik. İlin sonunda nişan mərasimi etməyi nəzərdə tutmuşduq. Vətən müharibəsi başladı, Ağabala şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə şəhidin atası İlqar Ağayev söyləyib.

Vətən müharibəsi başlayanda həmlə qruplarında yer alan döyüşçü qorxmazlığı və mərdliyi ilə fərqlənib. Ağabala Füzuli və Cəbrayıl döyüşlərində qəhrəmanlıqla iştirak edib. Sonuncu dəfə ailəsi ilə oktyabrın 12-də telefonla danışıb. Oktyabrın 13-ü Füzuli şəhərinin düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidin anası Dilşad Ağayeva deyib: "Telefonla danışanda deyirdi ki, özünüzdən, kiçik bacımdan muğayat olun. Müharibə qurtarsın mən evimizə də sağ-salamat gələcəyəm. Amma gələ bilmədi. Məzuniyyətə gələndə deyirdi ki, maaşımı toplayıb ev-eşik düzəldəcəyəm, evlənəcəyəm. Amma arzusu həyata keçmədi".

Ağabalanın qardaşı Malik Ağayev də Vətən müharibəsində döyüşüb. Malik hərbi xidmətini başa vuraraq 10 gün əvvəl ailəsinə qovuşub.

Ağabala Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunub.

Sumqayitfakt.Az











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər