Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Milli Qəhrəman Samid İmanovun doğum günüdür - ŞƏKİLLƏR

Baxılıb: 4133     Tarix: 14-10-2021 21:04   
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - ŞƏKİLLƏR


Bu gün aprel döyüşlərində şəhid olan Milli Qəhrəman, Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid İmanovun doğum günüdür.

Sumqayitfakt.Az xəbər verir ki, mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala rayonunun Həsənəbad (Sovetabad) qəsəbəsində anadan olub. 1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. 2003-ci ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib.
İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülüb.



Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirən gənc zabit Samid İmanov özünü pəşəkar hərbçi kimi formalaşdırmaq üçün durmadan çalışıb. Elə bu yolda Samid İmanov Türkiyə Respublikasında "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarına qatılıb. 2007-ci ildə "Anadolu-2007" və "Anadolu Qartalı-2007" birgə taktiki təlimlərlə yanaşı Samid İmanov həm də Pakistanda "Ləpirçi və antiterrorist", İsveçrədə "Dağ təlimi", Rumıniyada isə "Dağa dırmanma üzrə təlimatçı" kurslarında iştirak edib.

2014-cü ilin avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında onun dəstəsi qarşı tərəfə keçib və əməliyyat keçirib. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu məhv edib.

Samid İmanov həm də bir müddət Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Daha sonra isə mayor İmanov öz istəyi ilə yenidən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinə qayıdıb, hissənin qərargah rəisi və Xüsusi Təyinatlı Qoşunun komandasının köməkçi vəzifəsini icra edib.



Samid İmanov 2015-ci il 9 mayda Rusiya Federasiyasının Moskva şəhərində, "Qırmızı meydan"-da faşizm üzərində qələbənin (1941–1945) 70 illiyi ilə bağlı baş tutan hərbi parada qatılıb və medalla təltif olunub.

Aprel döyüşlərində iştirakı

Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatılıb. Azərbaycan-Ermənistan təmas xəttində 24 il fasilədən sonra başlayan amansız döyüşlərdə Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində düşmən ilə döyüşüb.

Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası alıb. Əsgərlər onu döyüş meydanından aparmaq istəsə də, Samid İmanov buna qəti sürətdə etiraz edib və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr verib. Əsgərlərin etirazına baxmayaraq mayor İmanov əmrin icra edilməsi üçün qəti göstəriş verib. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər həmin ərazinin artıq təhlükəli olmasına baxmayaraq, Samid İmanovu aparmaq üçün yenidən döyüş meydanına qayıdıb, amma mayor İmanov artıq orada olmayıb. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşıb. Bütün mərmiləri qurtaran mayor İmanov düşmənə erməni tərəfinə sağ düşməmək üçün əlində qumbara saxlayıb. Səhərə qədər əsgərlər onu tapmadığı üçün isə Samid İmanov qanaxma nəticəsində qəhrəmancasına şəhid olub. Aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürülüb və doğulduğu Neftçala rayonuna aparılıb.

Aprelin 9-u mayor Samid İmanov anadan olduğu Neftçala şəhərinin Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salınıb.

2016-cı ilin 19 aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Mayın 16-sı Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənov mayor Samid İmanovun ölümündən sonra layiq görüldüyü "Azərbaycanın Milli Qəhrəmanı" adını mayorun atası Gülağa İmanova təqdim edilib.

Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurub. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb.

Vüsal Ağa

Sumqayitfakt.Az



















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər