Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Zaur Ustac: "Qələmə sarılı 52 il"

Baxılıb: 3344     Tarix: 14-10-2021 19:58   
Zaur Ustac: "Qələmə sarılı 52 il"
Zaur Ustac


“Yazarlar” jurnalının baş redaktoru,
Şair-publisist Zaur Ustac yazır.


Sumqayitfakt.Az yazını təqdim edir.

QƏLƏMƏ SARILI 52 İL
(Ayətxan Ziyadın (İsgəndərovun) 70 yaşı)

Salam olsun, dəyərli oxucum! Şükürlər olsun uca Yaradana! Sizlərlə hər yeni görüş mənim üçün həyatın davam etməsi deməkdir. Bu dəfə söhbətimizi çox hörmətli bir qələm adamına – ömrünün tam 52 ilini qələmdarlığa adamış Ayətxan Ziyada həsr edirik.
Qələmə sarılı ¬52 il
Bu göstərici Ayətxan Ziyadın peşəkar jurnalistikada ilk qələm nümunəsinin mətbuat səhifələrində göründüyü 1969-cu ilin avqust ayı deməkdir. Hansı ki, həmin il orta məktəbi bitirən 18 yaşlı Ayətxan Əlibayramlı (indi Şirvan) şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ əldə etmiş və həmin fakültənin tələbəsi olmuşdur.
Əslində isə Ayətxan Ziyadı jurnalistikaya istiqamətləndirən yolun yaşı daha əvvəlki illərdən – orta məktəbdən bünövrə götürüb. Əvvəlcə oxuduğu sinfin, sonra isə şagirdi olduğu Hacıqabul 9 saylı dəmir yol orta məktəbin “Ədəbiyyat” divar qəzetinin redaktoru olub.

Ayətxan Ziyadın peşəkar yazıçı-jurnalist, tədqiqatçı ömrünü üç mərhələdə təsnifatlandırmaq olar:
- 1969-2001-ci illər. Bu illərin əhatəsində öncə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indi QSC), sonra müxtəlif respublika qəzet və jurnallarda çalışmış, yaxud çap olunmuşdur;
- 2001-ci ildən yaradıcılığına kitab nəşri də daxil olub. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür” kitabı ilə açılan bu səhifə bu gün 16 kitabla uğurla davam etdirilməkdədir. Daha 9 kitabı nəşr üçün hazırdır;
- 2015-ci ildən bu ömürə elmi tədqiqatla məşğul olmaq kimi bir missiya da əlavə olunub.
Bu da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ədəbiyyatında və jurnalistikasında “dissident ədəbiyyatı” və “Azərbaycan səlcuqları” mövzuları ilk dəfə A.Ziyad tərəfindən tədqiqata cəlb edilmişdir. “Heydər Əliyev – azad düşüncənin və milli təfəkkürün təəssübkeşi” məqaləsində ümummilli liderin dissident ədəbiyyatı ilə bağlı düşüncələri və mövqeyi önə çıxarılmışdır. Məqalə “Paritet” qəzetinin, “İpək yolu” elmi jurnalının və “Azərbaycan” jurnalının 2008-ci il saylarında dərc olunandan sonra ilk dəfə “Space” TV (daha sonra digər TV-lər də) bu mövzuda verilişlər səsləndirməyə başlamışlar.

Ayətxan Ziyad İsgəndərov


Bu məqam üçün görək kimdir Ayətxan Ziyad İsgəndərov?
Bu sualı daha təfərrüatı ilə “Bu mənəm – Ayətxan Ziyad” kitabında yazıçı-jurnalist, tədqiqatçının özü cavablandır¬ıb.
İsgəndərov Ayətxan Ziyatxan oğlu 1951-ci il oktyabrın 15-də Hacıqabul şəhərində anadan olmuş, orta təhsilini 1969-cu ildə başa çatdırmışdır. ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinin 1975-ci il məzunlarındandır. Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) fəal ştatdankənar müxbiri (1970-1976), təhsilini başa çatdırandan sonra isə ona doğmalaşan həmin ocaqda kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri vəzifələrində (1976-1994-cü illərdə) çalışmışdır. 1994-cü ilin yayından sonrakı zaman kəsiyində “Ədalət” qəzetində, “Azər¬bay¬can məktəbi” jurnalında, “Respub¬li¬ka”, “Naxçıvan” və “Yeni Naxçıvan”, “Həftə içi”, “Hakimiyyət və Xalq” qəze¬tlərində, 15.09.2004 - 03.04.2006-cı illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda elmi işçi və paralel olaraq institutun nəşri olan “Dir¬çəliş-XXI əsr” elmi jurnalında (analitik-İnformasiya Mərkə¬zi¬¬nin rəhbəri) çalışmışdır.
A.Ziyad İsgəndərovun 2007-ci ildən sonrakı fəaliyyəti ADPU ilə bağlıdır. Yanvar 2007 - fevral 2015-ci illərdə universitetin “Gənc müəllim” qəzetinin redaktoru, 2015-ci ilin martından isə ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidir.
AzTV-də işlədiyi 25 il müddətində Azərbaycan LKGİ MK (VLKSM MK) Komsomol Projek¬toru Qərargahının üzvü, AzTV Azad Həmkarlar Komitəsinin üzvü, AzTV Bağçılıq-bostançılıq təsərrüfatının sədri, AzTV DOSAAF-n sədri, AzTV Xalq Drujinası Qərargahının sədri (və s.) kimi ictimai işlərdə çalışmışdır;
- 1979-cu ildə Gənc Jurna¬list¬lə¬rin II Ümumit¬ti¬faq Qurul¬tayının nü¬ma¬yəndəsi olmuşdur (Moskva şə¬hə¬rində keçirilmişdir), Ümumittifaq Teleradio Veriliş¬ləri Komitəsində (Moskva) yaradıcılıq təcrübəsi keç¬mış, kosmonavtların Bayka¬nur Kosmodromunda (Moskva) olmuşdur;
- I Qarabağ Müharibəsinin ilk günlərindən ATƏŞKƏSƏ qədər – 6 il sərasər hər ay 7-10 gün cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixiləşdirən efir materialları ilə çıxış etmişdir.
- AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarı olmuşdur.
- 2000-ci il parlament seçkilərində deputat¬lı¬ğa namizəd olmuşdur.
- “XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır.
- Haqqında vikipediya yaradılmışdır.
1980-ci ildən SSRİ Jurnalistlər İtti¬faqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbay¬can Yazıçılar Birliyinin üzvüdür.

MÜKAFATLARI
- 1980-ci ildə Azərbaycan LKGİ MK-nın Fəxri Fər¬manını almışdır;
- Azərbaycanlı əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsa¬nə¬yə dönən ömür” adlı radio verilişi pul mükafatı və əmək kitab¬çasına yazılmaqla dəyərləndirilmiş, radio verilişinin məqalə variantı “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh: 60-67).
- Hərbi-vətənpərvərlik mövzusun¬da yazan jur¬nalistlərin yaradıcılıq müsabi¬qəsində “Ədalət” qəze¬tinin xüsusi mükafatını almışdır;
- 2012-ci ildə «Əsrin ziyalı¬ları» Xey¬riyyə İcti¬mai Birliyinin «İlin alimi - İlin ziyalı¬sı» diplomuna,
- 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomuna,
- 2021-ci ildə WWW/YAZARLAR/AZ-ın fəxri üzvü seçilmiş, “Ziyadar” diplomuna la¬yiq görülmüşdür.
Nəşr olunmuş 16 kitabdan 6-sı monoqrafiya, 1-i dərs vəsaitidir. Daha 2 monoqrafiya nəşr üçün hazırdır.
ETM-də uşlədiyi 6 il ərzində 60-dan artıq bey¬nə¬lxalq və respublika elmi konfransında, həmçinin 4 seminarda məruzə ilə çıxış etmiş, müvafiq sertifikatlara layiq görülmüşdür, elmi məqalələri konfrans materiallarında dərc edilmişdir. Seminarlardan biri AMEA-nın Dilşilik İnstitutunda olmuşdur.

Peşəkar jurnalist olduğu kimi, həm də peşəkar redaktordur
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsini bitirəndən (1975-ci ildən bugünə qədər) redaktor işi əmək fəaliyyətinin tərkib hissəsi olub. Deyir, yazdığını əgər pozmağa “gücün” çatmırsa, səndən qələm sahibi çıxmaz. Öz yazılarına isə ən azı üç dəfə “qənim” kəsilir. Həm də yazdıqlarının üzərində o qədərdə “şəkil çəkir” ki, redəktəsini özündən savayı kim isə çətinliklə baş açıb islah edə (nizama sala) bilir. Redəktə işi üçün həmişə də 70 il dünyaya meydan oxumuş SSRİ-nin yaradıcısı Vladimir İliç Ulyanovun (Leninin) təqribən bu məzmundakı kəlmələrini nümunə çəkir: “Vaxtım olmadığı üçün uzun alındı”.
2013-cü ildə redaktoru olduğu və “Ön söz” yazdığı Reyhan Miqdadqızının kitabına xoş ovqatlı bir ad “bağışlayıb”: “Sevgim bir yaşıl yarpaq, ətri məndən”. Deyir, “İstədim oxucu bilsin ilk kitab müəllifi olan R.Miqdadqızının sevgisinə həyatın hansı rəngləri qatılıb”.
Bəs yarım əsri adlayan yaradıcılıq ömrü yaşayan Ayətxan Ziyad İsgəndərovun öz ömür yolu həyatın hansı rənglərini özünə hopdurub? Həyatın hansı rənglərinin sınağından və qınağından keçib bu ömür sahibi? 70 yaşına ərməğan etdiyi “Bu mənəm – Ayətxan Ziyad” adda kitabında müəllif bu sorğunu cavablandırmağa çalışıb.


NƏŞR EDİLMİŞ KİTABLARI

1. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür”. Ba¬kı-2001, 400 səh.
2. “Mən¬dən sonra...”. Şeir, hekayə, publisistika. Bakı-“ULU”-2010, 616 səh.
3. “Qazyanlı Mir¬həbi ağa. ADPU-2010, 132 səh. (araşdirma xarakterlidir).
4. “Qaz¬yan¬lı Mirhəbi ağa” (təkrar nəşr). Bakı-“ULU”-2010, 149 səh.
5. “Hər hökmü za¬man verir”. Kiçik povestlər. Bakı-2010, 100 səh.
6. “Şamaxının Kürdə¬mic kəndi. Tarix, publi¬¬si¬s¬tika, rəvayət”. Bakı-2014, 70x100 1/16, 536 səh.
7. “ADPU-da qalan izim”. Bakı-2014, 400 səh.
8. “Heydər Əliyev - xalqının, dövlətinin qürur ünvanı”. Bakı-2018. 168 səh. Monoqrafiya.
9. “Dədə Qorqud” ün¬va¬¬nında sözüm” (el¬mi məqalələr. Mart 2015-2017-ci il).
Bakı-“ULU”-2018. 268 səh. Monoqrafiya.
10. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin... – dövlətinin hamisi”. Bakı-2018. 104 səh. Dərs vəsaiti.
11. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin... – dövlətinin hamisi”. Dərs vəsaiti. “LAMBERT Akademic Publishing” nəşriyyatı – 2018, 92 səh.; İSBN-13: 978-613-9-88091-1 və İSBN-10: 613-98800912.
12. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi. (heka¬yə, povest, kino-ssenari, şeir)”. İKSAD yayın evi - 2019, 463 səh.
13. Azərbaycan mətbuatı tarixi. Z.Xəlil, P.Soltanqızı,A.Z.İsgəndərov.
Bakı-“Elm və təhsil”- 2021, 132 səh. Monoqrafiya.
14. Zaur Ustacın uşaq dünyası. Bakı-2021, 58 səh. Elmi məqalələr.
15. Bu mənəm – Ayətxan Ziyad. Bakı-2021. 400 səh.
16. Zahid Xəlilin poetik obrazları ədəbi tənqid müstəvisində. 235 səh.

Ayətxan Ziyad İsgəndərov bu gün də sutkanın 16-18 saatını yorulub-usanmaq bilməyən enerji ilə qələmə sarılıdır. Bu, şablon, söz xatirinə deyilən söz deyil, söylənilənləri fakt olaraq Ayətxan Ziyadı tanıyıb-bilənlərin hamısı görür, bilir. Bu yolda Ayətxan müəllimə yeni-yeni nailiyyətlər, ən əsası uzun və sağlıqlı bir ömür arzu edirəm! Var olun! Uğurlarınız bol olsun!!!

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər