Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon üzrə nümayəndəliyi şəhid ailələrini ziyarət edib

Baxılıb: 348     Tarix: 13-10-2021 09:32   
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon üzrə nümayəndəliyi şəhid ailələrini ziyarət edib


Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon Nümayəndəliyi İkinci Qarabağ müharibəsi şəhidlərini mütəmadi olaraq ziyarət edir, onların qayğıları ilə maraqlanır, müxtəlif sovqat payı təqdim edirlər.

Bu dəfəki ziyarət şəhid Xəqani Füzuli oğlu Məmmədovun anım mərasiminə təsadüf edib.

X.Məmmədov 30 mart 2002-ci il tarixində Şirvan şəhərində dünyaya göz açıb. Əslən Zəngilan rayon Qaradərə kəndindən olan Xəqani Məmmədov 2009-cu ildə Şirvan şəhərində yerləşən Zəngilan rayon 3 nömrəli tam orta məktəbdə təhsilə başlayıb.

2020-ci ilin iyul ayında SHXÇDX-nın Zəngilan rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Suqovuşan istiqamətindəki döyüşlərdə qəhrəmanlıq göstərərək 4 oktyabr 2020-ci ildə şəhidlik məqamına ucalıb. Subay idi. Oktyabrın 10-u Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhidimiz ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” , "Suqovuşannın azad olunmasına görə" medalları ilə təltif edilib.

Belə təşəbbüsün davamı olaraq, Zəngilan şəhər Uşaq Musiqi Məktəbinin kollektivi İmamalı Cəlil oğlu Hüseynovun evini və məzarını ziyarət ediblər.

İ. Hüseynov 3 dekabr 1992-ci ildə Zəngilan rayonunun Tağlı kəndində anadan olub. 1999-cu ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi 2 saylı tam orta məktəbinə daxil olub, həmin məktəbi bitirdikdən sonra Bakı şəhər Dərnəgül qəsəbəsində yerləşən Texniki Peşə məktəbində təhsilini davam etdirib. 2012-2014-cü illərdə Daxili Qoşunların tərkibində həqiqi hərbi xidmətdə iştirak edib. Hərbi xidməti başa vurduqdan sonra Baş Mühafizə İdarəsinin mühafizə xidmətində çalışıb.

Hərbiyə olan böyük marağı onu 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinə gətirib çıxarıb. Sərhəd Qoşunlarının N saylı hissəsində müddətdən artıq hərbi xidmətə yollanaraq kiçik gizir vəzifəsində işləyib. Vətən sevgisi digər oğullar kimi onu da döyüşməyə sövq edib. 9 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucalıb. Subay idi. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra Ölkə başçının sərəncamı ilə "Vətən uğrunda","Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Müəssisənin kollektivi hər iki şəhidimizin ailəsinə səbr diləyib, onlara sovqat təqdim ediblər.

Allah rəhmət eləsin!

Sumqayitfakt.Az










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər