Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon nümayəndəliyi şəhid ailələrinin qayğıları ilə maraqlanıb

Baxılıb: 345     Tarix: 13-10-2021 09:23   
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon nümayəndəliyi şəhid ailələrinin qayğıları ilə maraqlanıb


İkinci Qarabağ savaşındakı parlaq Qələbə, xalqımızın Vətən sevgisinin bariz nümunəsidir. Respublikamızın Prezidenti cənab İlham Əliyevin də söylədiyi kimi xalqımızın həmrəyliyi minlərlə gəncin cəbhəyə könüllü olaraq getmək istəyi, yaralıların isə sağalmadan döyüşə getdiyindən bəlli idi.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları və tabeli müəssisələrin kollektivləri Qələbəmizin canlı qəhrəmanı olan qazilərimizi və öz canlarını bir an belə düşünmədən fəda edən şəhidlərimizin ailələrini daim diqqətdə saxlayır, onların qayğıları ilə maraqlanırlar.

Abşeron rayon Ceyranbatan Folklor evi, Pirəkəşkül və Novxanı Sənətkarlıq klubu şəhidlərimizin bizə qalan son əmanətlərinə baş çəkiblər.

7 oktyabr 2020-ci il tarixində Füzuli döyüşləri zamanı şəhid olan Ceyhun Useynov Abşeron rayonunda dəfn edilib. Ölümündən sonra Ölkə başçısının sərəncamı ilə "Azərbaycan Ordusunun 100 illiyi”, "Vətən uğrunda”, "Cəsur döyüşçü”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Digər qəhrəmanımız olan Rüfət Rauf oğlu Şabanov 24 fevral 2001-ci il tarixində Ceyranbatan qəsəbəsində doğulub. 2019-cu ildə hərbi xidmətə çağırılıb. 2020-ci il oktyabrın 3-ü Murovdağ uğrundaki döyüşlərdə şəhid olub. " Vətən uğrunda”, "Hərbi xidmətə görə” medalları ilə təltif olunub.

Qələbəmizin təməlini qoyan Birinci Qarabağ şəhidlərindən olan Xoşbəxt Rəşid oğlu Məmmədov 23.11.1975-ci ildə Qafan rayonunda dünyaya göz açıb. 1994-ci il aprelin 24-ü Ağdərə döyüşlərində həlak olub.

Müəssisənin kollektivi hər üç şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulayıb. Onlara sovqat paylarını təqdim ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sumqayitfakt.Az







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər