Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Prezident: "Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti özü bərpa etdi"

Baxılıb: 352     Tarix: 11-10-2021 12:39   
Prezident: "Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti özü bərpa etdi"


"Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, təxminən, 30 il ərzində Azərbaycan ərazilərinin 20%-dək hissəsini işğal altında saxlayıb və həm öz ərazisində, həm də Azərbaycan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib".

Sumqayitfakt.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciəti zamanı deyib.

“Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistanın Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini yerinə yetirməkdən imtina etdiyinə görə heç bir sanksiya ilə üzləşmədi. Ermənistan daha da irəli gedərək dövlət sərhədində və cəbhə xəttində hərbi təxribatlara əl atmaqla Azərbaycanı yeni müharibə ilə hədələməyə başladı”, - dövlət başçısı bildirib.

O, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hücuma başladığını və buna cavab olaraq, Azərbaycan ordusunun öz ərazilərində əks-hücum əməliyyatları keçirərək işğal edilmiş əraziləri azad etdiyini xatırladıb.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını diqqətə çatdırıb: “44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. Azərbaycan hərbi-siyasi yollarla Bmt Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan 4 qətnaməsinin icra edilməsini təmin etdi, 30 illik münaqişəni həll etdi, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər