Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Şəhidlər qürur yerimizdir - ŞƏKİLLƏR

Baxılıb: 381     Tarix: 11-10-2021 07:58   
Şəhidlər qürur yerimizdir - ŞƏKİLLƏR


Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan rayon Nümayəndəliyinin kollektivi Füzuli, Şuşa və Hadrut istiqamətində gedən döyüşlərdə şücaət göstərərək şəhid olan Emil Rasif oğlu Abdüləzimlinin evini ziyarət ediblər. 

Müəssisənin əməkdaşları şəhidimizin ailəsi ilə bərabər onun xatirələrini bölüşərək, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi və Ali Baş Komandanımız İlham Əliyev cənabları ilə xalqımızın sıx birliyindən, şəhidlərimizin  keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs ediblər.

Şəhidin evinə sovqat aparılıb, daha sonra isə Sumqayıt şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət edilib, onun ruhuna dualar oxunub.

E. Abdüləzimli 6 dekabr 1994-cü ildə Sumqayıt şəhərində dünyaya göz açıb. 2001-ci ildə Sumqayıt şəhər 1 saylı orta məktəbin 1-ci sinfində təhsilə başlayıb. 2002-2012-ci illərdə Abşeron rayonu, Masazır qəsəbəsi 2 saylı tam orta məktəbdə təhsilini davam etdirib. 2012-ci ildə yüksək balla Azərbaycan Kooperasiya Universitetinə qəbul olunan Emil 2016-cı ildə universiteti yüksək nailiyyətlərlə bitirib.

Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə Naxçıvan MR-nın Culfa şəhəri N saylı hərbi hissədə hərbi xidmətini başa vuran şəhidimiz öz biliyi, bacarığı və xüsusi istedadı ilə fərqlənib.

Ötən ilin 27 sentyabrından başlanan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. Oktyabrın 19-ü Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Subay idi. 20 oktyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Sumqayitfakt.Az










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər