Xəbər xətti
19-10-2021
18-10-2021
17-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

İlham Əliyev: "Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir"

Baxılıb: 375     Tarix: 10-10-2021 15:31   
İlham Əliyev: "Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir"
İlham Əliyev


"Bu gün dediyiniz sözlərə qüvvət, müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər".

Sumqayitfakt.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə yekun çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir:

"Çünki müharibə başlanan kimi əmrlərimdən birincisi bəlkə də ondan ibarət idi ki, yaralılara ən yüksək xidmət göstərilməlidir. Yaralılar döyüş meydanından dərhal çıxarılmalı, sanitar maşınlarına mindirilməli və birinci ən yaxın olan tibb mərkəzinə gətirilməlidir. Deyə bilərəm ki, həm həkimlər, həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına, ixtiyarına vermişdilər.

Bizim son illər ərzində tibb mərkəzlərinin coğrafiyasına fikir versəniz görərsiniz ki, cəbhəyanı, təmas xəttinə yaxın olan bölgələrə xüsusi diqqət göstərilirdi. Bu da təsadüfi deyildi. Çünki müharibə qaçılmaz idi. Burada qeyd olundu, mən deyirdim ki, torpaqlar işğaldan azad olunacaq. Mən həm deyirdim, həm də inanırdım və bilirdim ki, bu, belə olacaq. Əlbəttə, biz istəyirdik ki, qan tökülməsin, torpaqlarımız sülh yolu ilə azad edilsin. Amma artıq səbir kasamız daşmışdı və məhz müharibəyə hərtərəfli hazırlıq görülmüşdü - həm iqtisadi sahədə, hərbi-quruculuq sahəsində, maddi-texniki təminat sahəsində və eyni zamanda, səhiyyə sahəsində. Ona görə məsələn, biz Füzuli rayonunda təmas xəttinə yaxın iki böyük tibb mərkəzi yaratdıq. Yevlaxda, ondan sonra Goranboyda, Ağdamda, Bərdədə böyük tibb mərkəzləri yaratdıq. Yaralanmış hərbçilərimizin orada müalicəsi hesab edirəm ki, onların bir çoxlarının həyatının xilas olunmasına səbəb olmuşdur. Ona görə həkimlərə xüsusi minnətdarlığımı bildirmək istəyirəm, sizə də şəxsən. Müharibə başlanan kimi, siz könüllü olaraq döyüş bölgəsinə getdiniz. Doğrudan da Ağdam bölgəsi ən ağır bölgə idi və ora təmas xəttinə yaxın olduğu üçün ermənilər daim bizim kəndlərimizi atəşə tuturdular. Aprel döyüşlərində erməni silahlı qüvvələri ən çox Ağdamı atəşə tutmuşdular. Ən çox dağılan evlər də məhz Ağdamda idi".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər