Xəbər xətti
19-10-2021
18-10-2021
17-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Şəhidlər ölməz, Vətən bölünməz

Baxılıb: 365     Tarix: 07-10-2021 17:20   
Şəhidlər ölməz, Vətən bölünməz


Azərbaycanın yenilməz ordusu, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşmənin bütün işğalçı qüvvələrini qısa müddətdə darmadağın etdi. Qarabağ sakinlərinin 30 ilə yaxın davam edən vətən həsrətinə son qoydu.

Ordumuz uzun illər ərzində formalaşaraq, döyüş potensialını artırdı və ən müasir silahlarla təchiz olunaraq yeni ordu prinsiplərini inkişaf etdirdi. Beləliklə, Silahlı Qüvvələrimiz dünyanın ən güclü ordusu sıralarında yer aldı.

Lakin bu zəfər bizə xalqımızın igid övladlarının qanı bahasına başa gəldi. O oğullar ki, Birinci Qarabağ savaşından başlayaraq qələbimizə qədər qəlblərində böyük bir Vətən sevgisi saxladılar. Məhz bu sevgi onları şəhidlik məqamına ucaltdı. Xalqımız illər keçsədə onları yaddaşından silməyəcək, ailələrini və bizə əmanət qalan övladlarını daim diqqətdə saxlayacaqdır.

Şusa Şəhər mədəniyy't işçiləri həmkarlar komitəsi şəhidimiz Niyət İmran oğlu Şirəliyevin ailəsini ziyarət edib. Ailəsi onun haqqında qürurla söhbət açaraq, xatirlərini bölüşüblər.


Kollektiv Niyətin ailəsinə Allahdan dözüm, səbr diləyib və daim onların yanında olduqlarını vurğulayıblar.


N. Şirəliyev 9.02.1990-ci il Şamaxı rayonunun Ovçulu kəndində dünyaya göz açıb. 1997-2007-ci illərdə B. Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərb məktəbində təhsil alıb.

O, 2011-2012-ci illərdə Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində ixtisası üzrə biliklərini artırıb. 2012-ci ildə Füzuli rayonunda yerləşən "N” saylı hərbi hissədə xidmətə başlayıb. 2014-cü ildə ona Baş leytenant hərbi rütbəsi verilib.

İgidimiz 2016-ci ilin Aprel, 2020-ci ilin Tovuz döyüşlərinin iştirakçısı olub. 2018-ci ildən isə kapitan hərbi rütbəsi ilə xidmətini davam etdirib.

N. Şirəliyev 2019-cu ildə Daşkəsən rayonunda yerləşən "N” saylı hərbi hissədə  tabor komandirinin  maddi-texniki təminat üzrə müavini, 2020-ci ildə isə hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin  müavini vəzifəsinə təyin olunub.

Kapitan Niyət 2020-ci il 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsinə qatılaraq Kəlbəcər və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 27 sentyabr Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalaraq, Şamaxı şəhidlər xiyabanında dəfn olunub.

Vətən borcunu şərəflə yerinə yetirdiyinə görə, ölümündən sonra ölkə başçısı tərəfindən "Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər