Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Şuşada içməli su xətləri yenidən qurulur

Baxılıb: 395     Tarix: 06-10-2021 17:15   
Şuşada içməli su xətləri yenidən qurulur


Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının təmin olunması məqsədilə "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni layihə icra olunur.

Sumqayitfakt.Az xəbər verir ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi və həyati əhəmiyyətli obyektlərin su təchizatı təmin edilib. Bunun ardınca içməli su təchizatı sistemlərinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Şuşa şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində magistral su kəməri və anbarların tikintisi, həmçinin şəhərdaxili şəbəkənin bir hissəsinin yenidən qurulması nəzərdə tutulur. Hazırda 1980-ci illərdə çəkilmiş Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsinin polad borularla dəyişdirilməsi işləri davam etdirilir. Avqust ayında icrasına başlanılmış layihəyə uyğun olaraq qısa müddətdə magistral kəmər üzrə planlaşdırılan işlərin 50 faizi yerinə yetirilib. İlk növbədə kəmərin Zəfər yolu və elektrik yarımstansiyasının ərazisindən keçən hissəsi inşa olunub. Hazırda magistral xəttin tikintisi mürəkkəb relyef şəraitində, texnikanın çətin hərəkət etdiyi ərazilərdə, eyni zamanda 2 nöqtədə paralel olaraq aparılır.

Qayalıq ərazidə əvvəlcə xüsusi texnikanın sərbəst hərəkəti üçün trassa salınır ki, buradan həm də gələcəkdə istismar yolu kimi istifadə olunacaq. Kəmərin keçəcəyi ərazilərdə xüsusi texnikalardan istifadə olunmaqla qayalıqlar yarılaraq xəndəklər qazılır və tikinti normalarına uyğun olaraq qumla doldurularaq hazır vəziyyətə gətirilir, sonra borular xəndəklərə yerləşdirilərək qaynaq edilir. Texniki tələblərə uyğun olaraq hər bir qaynaq tikişi yoxlanılır, korroziyadan qorumaq üçün qaynaq edilmiş hissələr izolyasiya olunur. Gələcəkdə ərazidə qazıntı aparılacağı təqdirdə kəmərin zədələnmə risklərini nəzərə alaraq bütün marşrut boyu xəbərdaredici lentlər çəkilir.

Şuşa şəhərinin dayanıqlı su təminatı üçün layihənin birinci mərhələsində şəhər ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 su anbarı tikiləcək, şəhərdaxili şəbəkənin 6 km-lik hissəsi yenidən qurulacaq.

Bu mərhələ üzrə işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Layihənin növbəti mərhələsində Baş Plana uyğun olaraq şəhərin içməli və tullantı su şəbəkələri tamamilə yenidən qurulacaq, tullantı suların optimal idarəedilməsi və təmizlənib zərərsizləşdirilməsi məqsədilə tullantı sutəmizləyici qurğu inşa ediləcək.

Gələcəkdə Şuşa şəhərində əhalinin məskunlaşması və turizmin inkişaf perspektivləri nəzərə alınaraq Zarıslı çayından alternativ su mənbəyi kimi istifadə edilməsi nəzərdən keçirilir. Bununla əlaqədar "Azərsu” ASC-nin "Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu tərəfindən tədqiqat və layihə işlərinə başlanılıb. İlkin qiymətləndirmələrə əsasən Zarıslı çayının məcrasında suqəbuledici qurğu, su anbarı tikiləcək, quraşdırılacaq nasos stansiyası ilə su Şuşa şəhərinə nəql olunacaq.

Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci il noyabrın 25-də Kiçik Kirs mənbəyindən, dekabrın 20-də isə Zarıslı mənbəyindən şəhərə içməli suyun verilməsi təmin edilib. Bununla paralel olaraq şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb və ötən ilin noyabr ayından etibarən şəhərdə fasiləsiz xidmət təşkil edilib.

Sumqayitfakt.Az






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər