Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Deputat: “İran Azərbaycanla dostluq əlaqələrinə kölgə salacaq əməllərdən çəkinməlidir”

Baxılıb: 386     Tarix: 06-10-2021 14:25   
Deputat: “İran Azərbaycanla dostluq əlaqələrinə kölgə salacaq əməllərdən çəkinməlidir”


“Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün qonşuları ilə, o cümlədən İranla dostluq və qardaşlıq münasibətini ortaya qoyub. İranın isə Azərbaycana qarşı mövqeyi birmənalı olmayıb. Bu, daha çox işğalçı Ermənistana münasibətdə özünü göstərib. Belə ki, Ermənistan Azərbaycan ərazilərini işğal etməyə başladığı ilk günlərdən İran əlində daim şüar etdiyi “müsəlman müsəlmanın qardaşıdır” kəlamını unutdu, heç bir münasibət bildirmədi, ikili standartlardan çıxış etdi, işğalçı dövlətlə əlaqələrini bütün sahələrdə daha da genişləndirdi. İran müsəlman dövləti kimi özünü İslam dünyasının bir parçası hesab edir, hətta dəfələrlə öz ölkəsini müsəlmanların dayağı adlandırır, lakin reallıqlar bunun əksini göstərir”.

Sumqayitfakt.Az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

O qeyd edib ki, ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərində 67 məscid olub: “Həmin məscidlərə Ermənistanın hansı divanı tutduğu göz qabağındadır. İran bir dəfə də olsun müsəlman dövləti olaraq buna etiraz etməyib. Hətta bir az da irəli gedərək Ermənistanın saxtakarlıqlarına şərik olub, Şuşada Yuxarı Gövhər ağa məscidini işğalçıların təqdim etdiyi kimi, İran-fars mədəniyyətinin incisi hesab edib və onun təmir işlərinə kömək göstərib. İşğal dövründə mütəmadi olaraq Ermənistan tərəfindən dağıdılmış məscidlərin fotoları yayılır, müsəlmanları təhqir etmək məqsədilə orada donuzlar saxladıqlarını açıq göstərirdilər. Özünü müsəlmanların dayağı adlandıran bu İslam dövləti isə həmin təhqiramiz mənzərələrə susurdu. Təbii ki, işğal dövründə həmin ərazilərdə İranın reallaşdırdığı layihələr, separatçılara müxtəlif “yardımları” hamıya məlum idi”

Səttar Möhbalıyev


S.Möhbalıyev qeyd edib ki, İranın gözü qabağında 1 milyondan artıq azərbaycanlı öz yurdlarından qovuldu, 30 ilə yaxın müddət ərzində məcburi köçkün şəraitində yaşadılar, məşəqqətlərlə üzləşdilər: “Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövründə isə İran yalnız gecikmiş bir bəyanatla çıxış etdi. Bunu o zaman səsləndirdilər ki, artıq Ordumuz böyük bir ərazini azad etmişdi, sürətlə irəliləməkdə davam edirdi və qarşısıalınmaz olduğu hamıya məlum idi. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra da eyni əməllərini davam etdirən İran separatizmi maddi-mənəvi olaraq dəstəkləməkdə davam edirdi. Ermənistanın avtomobil nömrələrindən istifadə etməklə Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Azərbaycan ərazisindəki məhv edilmiş separatçıların qalıqlarına silah-sursat, ərzaq, yanacaq daşıyır və separatizimə rəvac verirdi. Təbii ki, Azərbaycan qəti addımlar ataraq bunun qarşısını aldı. Artıq Gorus-Qafan yolunda polis və sərhədçilərimiz post qurub, İranın bu cür əməllərinin qarşısını alır”.



“Bu gün İran rəsmiləri yersiz bəyanatlarla Azərbaycanı əsassız olaraq ittiham edir, müxtəlif hədələr yağdırır, sərhədlərimizə yaxın ərazilərdə hərbi təlimlər keçirirlər. Azərbaycanla sərhəddə buna nə ehtiyac var!? İranın bu davranışları, həqiqətən də, təəssüf doğurur və məyus edir. İran regionda gedən prosesləri dərindən araşdırmalı, Azərbaycana sərgilədiyi mövqeyini hərtərəfli təhlil edib dəyişməli, iki qardaş xalq arasında olan tarixi dostluq əlaqələrinə kölgə salan bu cür əməllərdən çəkinməlidir. Bunu xatırlamaq yerinə düşər ki, ABŞ İrana qarşı sərt mövqe nümayiş etdirəndə və bu məsələdə Azərbaycanın imkanlarından yararlanmağa çalışanda Prezident İlham Əliyev İrana qarşı Azərbaycandan üçüncü bir dövlətin bu və ya digər şəkildə fəaliyyətinə imkan verilməyəcəyini açıq şəkildə bəyan etmişdi”, - deputat vurğulayıb.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər