Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Qarabağ müharibəsinin növbəti qəhrəmanının ailəsi yad edilib

Baxılıb: 379     Tarix: 05-10-2021 10:03   
Qarabağ müharibəsinin növbəti qəhrəmanının ailəsi yad edilib


Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Zəngilan rayon Nümayəndəliyinin rəhbər işçiləri 1 Oktyabr 2021-ci il tarixdə İkinci Qarabağ Müharibəsində şəhid olan İsmayıl Davud oğlu Mehdiyevin ailəsini ziyarət edib.

Sumqayitfakt.Az xəbər verir ki, kollektiv ailənin qayğıları ilə maraqlanıb. Şəhidimizin həyat yoluna nəzər salınıb, ailəsinə onun şəkillərindən hazırlanan foto albom təqdim olunub.

Əslən Zəngilan rayonunun Mincivan qəsəbəsindən olan İsmayıl Mehdiyev 23 yanvar 2002-ci ildə Bakı şəhərində anadan olub. 2008-2016-cı illərdə Abşeron rayonu Xırdalan qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun 1 saylı məktəbində təhsilə başlayıb. 8-ci sinfi bitirdikdən sonra Naxçıvan şəhərində Heydər Əliyev adına hərbi litseydə təhsilini davam etdirib. 2019-cu ildə Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil almağa başlayıb.

2020-ci ilin may ayında ərizə yazaraq cəbhə bölgəsinə yollanıb. 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə könüllü olaraq qatılıb. Döyüşlərdə böyük şücaət göstərərək Zəngilan, Qubadlı rayonlarının alınmasında iştirak edib, Xocəvənd istiqamətində gedən döyüşlərdə, yuxarı Veysəlli kəndində 2020-ci il noyabrın 1-də itkin düşüb.

Şəhidin nəşi dekabr ayının 12-də tapılıb, II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə İ. Mehdiyev ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər