Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Cəbrayılın azad olunması bizim üçün çox böyük mənəvi-psixoloji üstünlük, düşmən üçün isə ağır zərbə idi

Baxılıb: 3172     Tarix: 04-10-2021 11:23   
Cəbrayılın azad olunması bizim üçün çox böyük mənəvi-psixoloji üstünlük, düşmən üçün isə ağır zərbə idi


44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu yalnız irəliyə gedərək torpaqlarımızın 30 illik işğalına son qoydu. Ordumuzun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.

Sumqayitfakt.Az xəbər verir ki, Ehtiyatda olan polkovnik Şair Ramaldanov və hərbi ekspert Ruslan İmanquliyev 44 günlük Vətən Müharibəsində Azərbaycanın tarixi qələbəsini şərh ediblər.

Ş.Ramaldanov qeyd edib ki, Vətən Müharibəsindəki hərbi əməliyyatlar əvvəlcədən hazırlanan plan üzrə gedirdi:

"Cəbrayılın azad olunması bizim üçün çox böyük mənəvi-psixoloji üstünlük, düşmən üçün isə ağır zərbə idi. Həmin ərazi strateji cəhətdən çox əhəmiyyətli idi. Ordumuzun cənub istiqamətində əməliyyat aparması düşmən üçün gözlənilməz oldu. Çünki onlar bizi Ağdam-Xankəndi istiqamətində gözləyirdilər."

Ehtiyatda olan polkovnikin sözlərinə görə, döyüşlərin vahid mərkəzdən idarə olunması çox vacib amil idi. Ali Baş Komandan Prezident İlham Əliyev bütün döyüşlərə bilavasitə özü rəhbərlik edib qərarları təsdiq edirdi:

"İkinci Qarabağ müharibəsi 21-ci əsrin tələblərinə cavab verən müasir tipli müharibə idi. Birinci Qarabağ müharibəsini görmüş biri kimi hazırkı inkişaf etmiş ordumuzla qürur duyuruq. Bütün inkişaf qələbə üçün idi və biz bu qələbəyə nail olduq"

Hərbi ekspert Ruslan İmanquliyev həmçinin Cəbrayıl istiqamətindəki döyüşlərin çox təhlükəli olduğunu bildirib:

"Xüsusi Təyinatlı Qüvvələrin, eyni zamanda hərbi hava qüvvələrinin, raket artilleriya qoşunlarının dəstəyi ilə bu çətin əməliyyat uğurla başa çatdı.

Düşmən sadəcə bizim ordunun tərkibindəki "YAŞMA" adlandırılan, onların qorxulu yuxusuna çevrilən xüsusi təyinatlılarımız haqda bilirdi. Digər qurumlardakı xüsusi təyinatlılardan xəbərdar deyildilər. Dərinliklərdə bütün xüsusi təyinatlı qüvvələrin, eyni zamanda havadan piltosuz uçuş aparatlarının tətbiq olunması düşməni bir anda şok vəziyyətinə saldı." (Trend.az)

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər