Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Zakir Həsənov şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı tapşırıqlar verib

Baxılıb: 3212     Tarix: 02-10-2021 13:49   
Zakir Həsənov şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı tapşırıqlar verib


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilən ərazilərdəki bölmələrdə qoşun xidmətinin təşkili ilə bağlı göstərişlər verib.

Sumqayitfakt.Az xəbər verir ki, bunu Z.Həsənov Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirədə bəyan edib.

Nazir həmçinin azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yollarının çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılması, bölmələrin qışa hazırlıq işlərinin tamamlanması, xüsusilə dağlıq ərazilərdə xidmət edən bölmələrə lazımi ehtiyatların vaxtında çatdırılması məsələlərinin diqqətdə saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.

Müdafiə naziri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamına əsasən elektron qaydada bölgüsü aparılan çağırışçıların müvafiq bölmələrdə yerləşdirilməsi, eyni zamanda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması işlərinin mütəşəkkil qaydada icra olunması barədə aidiyyəti şəxslərə tapşırıqlar verib.

Şəxsi heyətin döyüş hazırlığı və ayıq-sayıqlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə müdafiə naziri bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətə təhlükəsizlik qaydalarının çatdırılması və onlara əməl olunmasına ciddi nəzarət edilməsinin vacibliyi xüsusi vurğulanıb.

Qeyd edək ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər