Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri Vətən müharibəsi iştirakçısını ziyarət edib

Baxılıb: 218     Tarix: 02-10-2021 11:21   
YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri Vətən müharibəsi iştirakçısını ziyarət edib


YAP Sumqayıt şəhər təşkilatı "Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə qayğı” davamlı aksiyası çərçivəsində Sumqayıt şəhəri ərazisində Şəhid ailələrini və Vətən müharibəsinin iştirakçılarını, qazilərini daima xüsusi diqqət mərkəzində saxlayır.

Sumqayitfakt.Az xəbər verir ki, YAP İdarə Heyyətinin üzvü Ramiz Hüseynov, aparatın əməkdaşları Vətən müharibəsinin könüllü iştirakçısı Həsənov Zahir Şamxal oğlunu evində ziyarət ediblər.

Ziyarət zamanı Ramiz Hüseynov 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmasının tarixi hadisə olduğunu bildirib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, sözün əsl mənasında, tarix yazdı. R.Hüseynovun sözlərinə görə, "Dəmir yumruq” əməliyyatı nəticəsində əzəli torpaqlarımızın düşməndən azad edilməsi tariximizə qızıl hərflərlə yazıldı. Bu müharibə həm də bütün dünyaya ölkəmizin gücünün və xalqımızın birliyinin nümayişi oldu.

Vətən müharibəsinin ilk günlərindən qəhrəmanlıq göstərmiş Zahir Həsənov keçdiyi döyüş yolundan, igid Azərbaycan əsgərinin döyüş meydanındakı şücaətindən, mərdliyindən və düşməni məhv edərək qazanılan parlaq qələbədən böyük fəxarətlə danışdı, ölkə başçısı, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyev və Ordumuzla qürur duyduğunu bir daha vurğuladı.

Qeyd edək ki, Həsənov Zahir Şamxal oğlu 1-ci Qarabağ müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 2020- ci ildə torpaqlarımızın işğaldan azad olması ilə nəticələnən Vətən Müharibəsində könüllü olaraq iştirak edib.

Sonda Z.Həsənov öz növbələrində ona göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib.

Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər