Xəbər xətti
19-10-2021
18-10-2021
17-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Vətən müharibəsi şəhidlərinin xatirəsi Latın Amerikası ölkələrində anılıb - ŞƏKİLLƏR

Baxılıb: 368     Tarix: 29-09-2021 09:59   
Vətən müharibəsi şəhidlərinin xatirəsi Latın Amerikası ölkələrində anılıb - ŞƏKİLLƏR


Vətən müharibəsində həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilmiş mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 27 sentyabr tarixində Meksika, Peru və Kolumbiyadakı səfirliklərimizdə anım tədbirləri keçirilib.

Sumqayitfakt.Az Azərbaycanın Meksikadakı Səfirliyinə istinadən xəbər verir ki, mərasimlərdə adıçəkilən ölkələrdə akkreditə olunmuş diplomatik korpusun üzvləri, qeyri-hökumət və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirlərdə ilk olaraq, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iştirakçılara Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-dən etibarən Silahlı Qüvvələrimizin başladığı əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, işğal altındakı torpaqlarımızın azad olunması uğrunda əsgər və zabitlərimizin müstəsna şücaət nümayiş etdirməsi, habelə Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində 44 günlük müharibə zamanı 100-ə yaxın mülki soydaşımızın qətlə yetirilməsi haqda məlumat verilib.

Diplomatik nümayəndəliklərimizin inzibati binalarının qarşısında şəhidlərin əziz xatirəsinə həsr olunmuş guşələr yaradılıb. Gün ərzində mərasim iştirakçıları ilə yanaşı paytaxt şəhərlərinin sakinləri də guşələri ziyarət edib, gül dəstələri və əklillər qoyub. Ziyarətçilərə anım günü münasibətilə hazırlanmış broşürlər paylanıb.

Sumqayitfakt.Az
















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər