Xəbər xətti
22-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Azərbaycanın qələbəsi son 30 ildə Avropada ən böyük hadisə oldu - Piter Teys

Baxılıb: 393     Tarix: 29-09-2021 09:02   
Azərbaycanın qələbəsi son 30 ildə Avropada ən böyük hadisə oldu - Piter Teys


Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ərazilərinin azad olunmasını təmin edən, Cənubi Qafqazın çiçəklənən gələcəyinə və Avropanın daha yüksək təhlükəsizliyinə yol açan uğurlu müdafiə hərbi əməliyyatlarına başladı.

Sumqayitfakt.Az xəbər verir ki, bunu amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, prezident İlham Əliyev yüksək liderlik keyfiyyyətləri, idarəetmə bacarıqları, qətiyyət və rəşadət nümayiş etdirib və BMT Təhlükəsizlik Şurasının qətnamələrini və prinsiplərini müdafiə edib:

"Azərbaycanın şanlı Silahlı Qüvvələri ölkə tarixi ərzində ən vacib geosiyasi məqsədinə nail oldu. 9 noyabr 1989-cu ildı Berlin divarının çökməsi və Almaniyanın birləşməsindən sonra Avropa tarixində bu miqyasda iri hərbi-siyasi hadisə baş verməmişdi".

Ekspert qeyd edib ki, Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində son 30 ildə Avrasiyada görünməmiş qələbə qazandı:

"Xüsusən, Azərbaycanın Xüsusi təyinatlı qüvvələrinin yüksək hazırlıq səviyyəsi döyüş əməliyyatlarını dəqiqliklə və qətiyyətlə keçirməyə imkan verib. Azərbaycan ordusu döyüş taktikası düşməni çaşdırdı. Əks-həmlə tədbirləri isə elə həyata keçirilirdi ki, Ermənistanın faşist silahlı qüvvələri onu çözə bilməsin. Hərbi rəhbərliyin dayağı həm də keyfiyyətli təhsildir. Azərbaycanın tanınmış hərbçiləri öz biliklərini müasir hərbi ədəbiyyatın öyrənilməsi ilə tamamlayıb. Azərbaycan hökuməti ölkənin hərbi əməliyyatlar keçirmək bacarığını və Bakının strateji hədəflərinə yaranan təhdidlərə reaksiya vermək bacarığını artırmaq işinə sadiqdir".

P.Teys vurğulayıb ki, bu gün Azərbaycanın azad edilmiş ərazilərində reallaşdırılan irimiqyaslı iqtisadi layihələr, o cümlədən Füzuli beynəlxalq hava limanı hökumətin bu regionların inkişafına sadiqliyini nümayiş etdirir: "Bu gün azad edilmiş ərazilərdə müşahidə olunan iqtisadi inkişaf heyrətləndirir".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər