Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

ezidentin qürurla qaldırdığı portret: Sumqayıtlı şəhid Adil İbrahimlini tanıyaq

Baxılıb: 368     Tarix: 28-09-2021 09:53   
ezidentin qürurla qaldırdığı portret: Sumqayıtlı şəhid Adil İbrahimlini tanıyaq


Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Bakıda bu gün keçirilən yürüşdə Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Adil İbrahimlinin, Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə terroru zamanı şəhid olan 10 aylıq Narin Xalıqovanın portretini qürurla daşıyıb.

Adil İbrahimlini tanıyaq...

Ali Baş Komandanın tutduğu portretdəki Adil İbrahimli Vətən Müharibəsinin sonuncu günlərində, Şuşa istiqamətində aparılan döyüş əməliyyatlarında, Xocavənd rayonu ərazisində şəhid olub. II Fəxri xiyabanda dəfn olunub. Dəfn mərasimi zamanı onun cənazəsini həyat yoldaşı Nargül daşıyıb.



Qeyd edək ki, Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə, 2008-2011-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydətəhsil alıb. 2011-2015-ci illərdəHeydərƏliyev adına Azərbaycan Ali Hərbi Məktəbində(AAHM) ali hərbi təhsil alıb.

A. İbrahimli 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. 2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət edib.

Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Adil İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Prezidentin 9 dekabr sərəncamı ilə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Bununla yanaşı, o "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” və"Kəlbəcərin azad olunmasına görə” medalları ilə də təltif edilib.

Doğulduğu Sumqayıt şəhərinin 4-cü mikrorayonunda xatirəsinə bulaq inşa edilib.

Allah rəhmət eləsin!



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər