Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Prezident: “İran Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyə son qoymalıdır”

Baxılıb: 3206     Tarix: 27-09-2021 15:42   
Prezident: “İran Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyə son qoymalıdır”
İlham Əliyev


“İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu TIR-lar müntəzəm olaraq ora gedirdi. Bizim məlumatımız var idi. Ancaq indiki qədər dəqiq məlumat əlbəttə ki, yox idi”.

Sumqayitfakt.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Bunu nəzərə alaraq biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Amma bu proses davam edirdi. Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndinə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca, o cümlədən, Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var. Peykdən istifadə edirik, dronlardan istifadə edirik.

Biz yenə gördük ki, bu TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda mən Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostcasına danışsınlar və desinlər ki, buna son qoyulmalıdır. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır”, - Prezident vurğulayıb.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər