Xəbər xətti
19-10-2021
18-10-2021
17-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Qələbəyə 44 gün qalmış: Azərbaycan erməni təcavüzünün qurbanlarını yad edir

Baxılıb: 380     Tarix: 27-09-2021 08:23   
Qələbəyə 44 gün qalmış: Azərbaycan erməni təcavüzünün qurbanlarını yad edir


Bu gün, sentyabrın 27-də Vətən müharibəsinin başlamasından düz bir il keçir. Qarabağda əks-hücum əməliyyatı nəinki bizim ölkədə, həm də bütün regionun tarixində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri erməni qoşunlarını darmadağın etdi, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və regionda tamamilə yeni reallıq yaratdı.

Bu gün Azərbaycanda Milli anım günüdür. Bütün ölkə və dünyanın müxtəlif ölkələrində milyonlarla həmvətənimiz Qarabağın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərimizi yad edir. Biz Tərtər, Gəncə, Bərdədə xain gecə bombardmanına məruz qalmış yüzlərlə mülki insanın xatirəsini ehtiramla yad edirik. Biz hərbi əməliyyatlar bitdikdən sonra azad olunmuş ərazilərdə minalara düşərək həlak olmuş mülki şəxsləri və jurnalistləri yada salırıq. Əlbəttə, bu gün bütün Azərbaycan Birinci Qarabağ müharibəsi və 30 il ərzində Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək cəhdləri zamanı erməni işğalının on minlərlə qurbanını yad edir.

Erməni təcavüzü üç nəsil azərbaycanlılarda silinməz izlər qoyub, və bunu bizim ölkədə heç kəs heç vaxt unutmayacaq. Eyni zamanda, 27 sentyabr sadəcə itkilərin ağrı və acısı günü deyil, həmçinin hərtərəfli milli qürur günüdür.

Bu gün pəncərələrdə, eyvanlarda və küçələrdə asılacaq yüz minlərlə Azərbaycan bayrağı təkcə şəhidlərin xatirəsinin yad edilməsi deyil, həm də xalqımızın sarsılmaz iradəsinin rəmzidir. Öz haqlı mübarizəsini sonuna qədər və nəyin bahasına olursa olsun aparmağa hazır olmağın və qürurun simvoludur. Milli mənsubiyyətindən, inancından və baxışlarından asılı olmayaraq ölkəmizin 10 milyon əhalisini birləşdirən rəmzdir. Müasir Azərbaycan tarixinin ən kritik zamanlarından birində Prezident İlham Əliyevin ətrafında birləşmiş böyük gücün rəmzidir. Prezident İlham Əliyev Azərbaycanın regionun iqtisadi lideri olmasına nail oldu, müasir ordu və siyasi sabitlik qismində Qələbə üçün vacib olan özül yaratdı, ölkəmizin mövqeyini ən səlahiyyətli beynəlxalq tribunalarda müdafiə etdi, 2020-ci il sentyabrın 27-də isə ordunu və xalqı öz ardınca irəli, Qələbəyə doğru apardı.

İqtidar və xalqın birliyi erməni işğalçılarının darmadağın edilməsində ən vacib amillərdən biri oldu. Milyonlarla azərbaycanlı öz Prezidentinin ətrafında birləşdi, millət təcavüzkarı məhv etmiş həmin dəmir yumruğa çevrildi. Bu gün bütün ölkədə dalğalanan bayraqlar həm də bir xatırlatmadır: bizim üçün ən yaxşı oğullarımızı itirmək ağırdır, amma biz öz ölkəmizi son damla qanımıza qədər müdafiə etməyə və öz haqlı mübarizəmizi aparmağa hazırıq. Əgər hadisələrin gedişatı tələb edərsə, xalq Prezidentin ətrafında birləşəcək və dəmir yumruq yenidən Azərbaycanın gələcəyi üçün mövcud olan istənilən təhdidi məhv edəcək.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər