Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Ceyhun Bayramov BMT-də daha beş həmkarı ilə görüşüb

Baxılıb: 366     Tarix: 25-09-2021 08:22   
Ceyhun Bayramov BMT-də daha beş həmkarı ilə görüşüb


Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Qvatemala xarici işlər naziri Pedro Brolo Vila, Suriya xarici işlər naziri Faisal Mekdad, Sent-Kits və Nevis Federasiyasının xarici işlər naziri Mark Brantli, Qrenada xarici işlər naziri David Piter və Lesoto Krallığının Xarici İşlər və Beynəlxalq Əlaqələr naziri Matsepo Ramakoa ilə ikitərəfli görüşlər keçirib.

Bu barədə Sumqayitfakt.Az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşlərdə Azərbaycan ilə QH üzv ölkələri arasındakı əməkdaşlıq, həmçinin Hərəkatın gündəliyində duran vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən tərəflər siyasi və parlamentlərarası əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, humanitar mədəniyyət, turizm, elm, təhsil, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

Görüşlər zamanı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə mühüm təşəbbüsləri və bir çox nəticələri müzakirə mövzusu oldu.

Müqabil tərəflər Azərbaycanın QH-yə uğurlu sədrliyini və Azərbaycan Prezidentinin QH sədri qismində COVİD-19-a qarşı mübarizə ilə bağlı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri təqdir etdiklərini bildiriblər.

Nazir Ceyhun Bayramov 44 gün davam edən Vətən müharibəsi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı və onun icrası, münaqişədən sonrakı bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə məlumat verib.

Görüşlərdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər