Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda ilk dəfə onlayn jest dili lüğəti yaradılıb - ŞƏKİLLƏR

Baxılıb: 364     Tarix: 24-09-2021 13:27   
Azərbaycanda ilk dəfə onlayn jest dili lüğəti yaradılıb - ŞƏKİLLƏR


Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “Nar”ın maliyyə dəstəyi ilə yaradılan “jestdili.az” saytının təqdimatı keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, 23 sentyabr Beynəlxalq Jest Dilləri Günündə baş tutan təqdimat mərasiminə Təhsil Nazirliyi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi və “Nar”ın nümayəndələri, layihə iştirakçıları qatılıblar.

Tədbirdə “Karlara dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri, dosentlər və müəllim heyəti, ‘Karlara Dəstək” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə işçi qrupu yaradıldığı və ümumilikdə 3000-ə yaxın sözün jest dilinə tərcümə edildiyi bildirilib. Eşitmə və niqt məhdudiyyəti olan insanlar tərəfindən jestlərlə ifadə edilən sözlər “www.jestdili.az” saytında foto və video formatda yerləşdirilib.

Təqdimat mərasimində edilən bütün çıxışlar eyni zamanda jest dilinə də tərcümə edilərək qonaqların diqqətinə çatdırılıb.

Xatırladaq ki, layihənin məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olma qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır.

Sumqayitfakt.Az














Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər