Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda deputatlar Hicran Hüseynova və Emin Hacıyev "ASAN xidmət" mərkəzinin könüllüləri ilə görüşüblər - ŞƏKİLLƏR

Baxılıb: 367     Tarix: 24-09-2021 07:47   
Sumqayıtda deputatlar Hicran Hüseynova və Emin Hacıyev "ASAN xidmət" mərkəzinin könüllüləri ilə görüşüblər - ŞƏKİLLƏR


YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında Milli Məclisin deputatları Hicran Hüseynova və Emin Hacıyev ilə Sumqayıt Regional "ASAN xidmət" mərkəzinin könüllülərinin "Gənclərin və Könüllülük fəaliyyətinin dövlət və ictimai işlərdə rolu" mövzusunda görüşü baş tutmuşdur.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirin əvvəlində Vətənin bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin deputatları Hicran Hüseynova və Emin Hacıyev qeyd olunan mövzu ilə bağlı çıxışlar etmiş, gənclərlə fikirlərini bölüşərək, geniş müzakirələr aparmışlar. Milli Məclisin deputatları ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, ölkə başçısı Prezident cənab İlham Əliyevin gənclərə diqqət və qayğısından söz açaraq, son illər həyata keçirilən siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsini məhz bu faktın göstəricisi kimi vurğulamışlar.
İstər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə düşmən yalnız hərbi müstəvidə deyil, informasiya cəbhəsində də böyük təxribatlara əl atdığını və məhz Cənab Prezident İlham Əliyevin xarici mətbuata müsahibələrindən və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışlarından sonra yarılan informasiya blokadasından söz açan deputatlar Azərbaycan gənclərinin ön cəbhədə əsgər kimi, arxa cəbhədə informasiya müharibəsinin döyüşçüsü kimi Ermənistanın təxribatlarının, yalan kampaniyalarının qarşısının alınmasında fəal iştirak etdiklərini bildirdilər və gəncləri sosial şəbəkələrdə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda daha fəal olmağa çağırdılar.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov gəncləri salamlayaraq, "ASAN xidmət" mərkəzinin könüllülərinə fəaliyyətlərində uğurlar arzulamışdır.

Görüş zamanı qeyd olunan mövzu gənclərlə geniş müzakirə edilmiş, onları maraqlandıran suallar deputatlar tərəfindən cavablandırılmışdır.

Hicran Hüseynova və Emin Hacıyev "ASAN Könüllülər"in daima vətənpərvər ruhda olacaqlarına, Vətəninə, xalqına örnək vətəndaş kimi yetişəcəklərinə əmin olduqlarını bildiriblər. "ASAN xidmət" mərkəzinin könüllülər üzrə məsul şəxsi Rza Mirzəzadə gənclərlə olan səmimi görüşə görə deputatlara təşəkkürünü bildirib.
Tədbirin sonunda Milli Məclisin deputatları "ASAN Könüllüləri" ilə xatirə fotosu çəkdiriblər.

Sumqayitfakt.Az









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər