Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıt təhsil şöbəsinin müdiri Arzu Alızadə: “Məzunlarımız respublika üzrə ən yüksək nəticə göstəriblər"

Baxılıb: 367     Tarix: 17-09-2021 09:22   
Sumqayıt təhsil şöbəsinin müdiri Arzu Alızadə: “Məzunlarımız respublika üzrə ən yüksək nəticə göstəriblər"
Arzu Alızadə


"2020- 2021-ci dərs ilində Sumqayıt şəhəri ümumtəhsil məktəblərinin XI siniflərini 2920 nəfər məzun başa vurub. Məktəblərdə alınan ilkin məlumatlara əsasən onlardan 2475 nəfəri ali məktəblərə sənəd verib. Qəbul imtahanlarında iştirak edən məzunların 1794 nəfəri, yəni abituriyentlərin 72%-i ali məktəblərə qəbul olunub”.

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşdə Sumqayıt Təhsil Şöbəsinin müdiri Arzu Alızadə deyib.

A. Alızadə bildirib ki, onlardan 150 nəfəri 600-dən çox bal toplayıb ki, bu da ötən ilki göstəricidən 31 nəfər çoxdur: "O cümlədən, 650-dən çox bal toplayanların sayı 40 nəfər olub.”

Təhsil şöbəsinin müdiri çıxışında yüksək nəticə göstərən abituriyentlərdən də söz açıb: "Bundan əlavə, 21 nömrəli məktəbin məzunu Quliyev Fuad Anar oğlu III ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə göstərib, 680 bal toplayıb, 11 nömrəli məktəbin məzunu Şəfiyev Əbil Üzeyir oğlu I ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə göstərib, 697 bal toplayıb.

A. Alızadə qeyd edib ki, Sumqayıtın iki təhsil ocağı rekord göstəriciyə imza atıb: "Təbiət elmləri təmayüllü gimnaziya və Texniki və təbiət elmləri liseyinin məktəbi başa vurmuş bütün məzunları ali məktəbə qəbul olunub və qəbul faizi 100% təşkil edib”.

O, ötən illə müqayisədə bu il ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq nişanla təltif olunan məzunların sayının da xeyli artdığını vurğulayıb: " Belə ki, builki məzunlarımızın 22 nəfəri nişanla təltif olunub, onlardan 17 nəfəri qızıl, 5 nəfəri isə gümüş nişana layiq görülüb. Müqayisə üçün qeyd etmək lazımdır ki, ötən il nişanla təltif olunan məzunların sayı cəmi 12 nəfər olub, onlardan 9 nəfəri qızıl, 3 nəfəri isə gümüş nişan alıb. Göründüyü kimi, ötən illə müqayisədə nişanla təltif olunanların sayı 10 nəfər, o cümlədən qızıl nişan alanların sayı 8 nəfər artıb. Ənənəvi olaraq 2020-2021-ci dərs ili üçün Respublika Fənn Olimpiadalarının nəticələri də şəhərimiz üçün uğurlu olub. Belə ki, bu il 23 şagirdimiz Fənn Olimpiadalarının qalibi olub. Bu, 2020-ci il Fənn Olimpiadalarının qaliblərinin sayından 5 nəfər çoxdur. Qaliblərdən 5-i qızıl, 6-sı gümüş, 12-si bürünc medala layiq görülüb”.

Müdir deyib ki, buraxılış imtahanlarının da nəticələrində irəliləyiş qeydə alınıb. Belə ki, 2020-2021-ci dərs ilində şəhərimizin IX siniflərini 4628 nəfər məzun başa vurub: "Onlardan 2256 nəfəri, yəni məzunların təxminən yarısı hər üç imtahan fənnindən müsbət qiymət ala bilib.. Bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə nəticənin təxminən 6% artması deməkdir. Bunlardan əlavə dərs ili ərzində təşkil edilən "Sabahın alimləri”, Fənn müsabiqələri, Məntiq Olimpiadası və s. bir çox müsabiqə və bilik yarışlarında şagirdlərimiz çoxsaylı uğurlara imza atıb. Bu uğurların davamlı olması üçün yeni dərs ilində də var qüvvəmizlə çalışacağıq”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər