Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Selçuk Bayraktar: “Qarabağ müharibəsində uğura vasitəçi olmaq bizim üçün böyük şərəfdir”

Baxılıb: 371     Tarix: 16-09-2021 10:56   
Selçuk Bayraktar: “Qarabağ müharibəsində uğura vasitəçi olmaq bizim üçün böyük şərəfdir”
Selçuk Bayraktar


“Ölkələr artıq sonuncu pilotlu döyüş təyyarələrini istehsal edirlər. İyirmi il, on il sonra döyüşdəki ən böyük doktrinalı dəyişikliyi pilotsuz uçuş aparatları edəcək. Bunu bugünkü mütəxəssislər formalaşdıracaqlar. F-35 və F-16 qırıcıları dövrünün sona çatacağını da proqnozlaşdırırıq”.

Sumqayitfakt.Az xəbər verir ki, bu fikirləri “CNN Türk”ə müsahibəsində Türkiyənin “Baykar” şirkətinin direktoru Selçuk Bayraktar söyləyib.

“İnanırıq ki, pilotsuz döyüş təyyarələri hətta beşinci nəsil təyyarələrin belə, sonunu gətirəcək. Gələcəyin ən güclü hərbi hava qüvvələri pilotsuz döyüş təyyarələri olacaq”, - deyə o bildirib.

“Baykar” şirkətinin rəhbəri qeyd edib ki, bu mövzu Qarabağ müharibəsindən sonra müzakirə edilib. “Əgər yarışda önə çıxdığınız vaxt qaçmağa davam etsəniz, digər ölkələrin sizə çatması çətinləşir. İnkişafa davam etsək, hər hansı bir xarici və ya daxili təsiri olmasa, belə davam edəcək.

Biz hazırda bu texnologiyaya böyük marağı müşahidə edirik. İllərdir "Bayraktar"ın gəlirlərinin 70 faizindən çoxu ixracatdandır. Bu, müdafiə sənayesi üçün rekord göstəricidir".

“Qardaşım Haluk Bayraktara Ukraynada fəxri fərman verildi, həm də yeni medal aldı. Atama, mənə və qardaşıma Qarabağ müharibəsindən sonra ordenlər verildi. Belə bir müharibədə müvəffəqiyyətə vasitəçi olmaq bizim üçün böyük şərəfdir”, - Selçuk Bayraktar əlavə edib.

O, qeyd edib ki, hazırda bir çox ölkələr Türkiyədən pilotsuz təyyarə almaq istəyirlər. Artıq 10-dan çox ölkə ilə müqavilə imzalanıb, 5 ölkəyə ixrac edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Selçuk Bayraktarı qəbul edib. Dövlət başçısı Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qarabağ ordeni” ilə təltif edildiyini bildirib və ordeni Selçuk Bayraktara təqdim edib.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar deyib: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər