Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

“Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib

Baxılıb: 348     Tarix: 06-09-2021 19:36   
“Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib


Sentyabrın 6-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi və əməkdaşları, Parlament Jurnalistlər Birliyinin üzvləri iştirak ediblər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyət istiqamətləri və nizamnamədən irəli gələn vəzifələrin icrası üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. “Media haqqında” qanun layihəsi haqqında danışan İcraçı direktor bununla bağlı müzakirələrin aparılmasının əhəmiyyətindən söz açıb. O, təcrübəli jurnalistlərin fikirlərinin ümumi işin xeyrinə ola biləcəyini vurğulayıb.

Sonra Medianın İnkişafı Agentliyinin Hüquq departamentinin direktoru Rəqsanə Kərimova qanun layihəsinin təqdimatını edib. Departament direktoru tədbir iştirakçılarını media subyektləri (audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri), mediada yayımlanan informasiyalara dair tələblər, media subyektinin informasiyasından istifadə, media reyestri və qanun layihəsinin digər müddəaları barədə ətraflı məlumatlandırıb.

Tədbir qanun layihəsinin diskussiya şəraitində aparılan müzakirəsi və fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran bir sıra suallar cavablandırılıb.

Sumqayitfakt.Az






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər